Tərcümə etdi: Şərqiyyə Şeyx-zadə 

 

Qeyri-adi futuristik memarlıq üçün hara getməli? Sizlər üçün dünyanın müxtəlif yerlərində qədimilik və müasirliyin maraqlı vəhdətinin mövcud olduğu şəhərlərin seçmələrini təqdim etmək qərarına gəldik.

 

Kuala-Lumpur

Kuala-Lumpur müxtəlif mədəniyyət və dinləri özündə birləşdirir: Çin məbədləri ilə qonşuluqda məscidlər, Asiya rayonları — biznes mərkəzlərlə. Şəhərin futuristik məkanı isə hündürlüyü 450 metr olan Petronas qüllələridir. Yeni tikililər,biznes mərkəzlər və mollara baxmayaraq, Kuala-Lumpur olduqca rahat şəhər hesab olunur.

 

Abu-Dabi

BƏƏ-nin paytaxtı Abu-Dabi dünyanın ən isti şəhərlərindən biri hesab olunur. Şəhərin əsasının qoyulması haqqda oazislərin birində ceyranın ovçuları içməli suyun olduğu mənbəyə gətirib çıxarması kimi maraqlı əfsanələr dolaşır. Minnətdarlıq əlaməti olaraq isə ovçular ceyranın həyatına toxunmamış, məskunlaşdıqları yeri isə «ceyran atası» — Abu-Dabi adlandırmışlar. Şəhərin görməyə layiq məkanlarından biri isə Al Bahar qüllələridir. AlBahar müasir inşaat texnologiyalarıyla  əsas özəlliyi pəncərələrdə qəliz naxışlarla hörülmüş sıx şəbəkələrin olduğu ənənəvi ərəb memarlıq tərzi “məşrabiyə”-nin vəhdəti hesab olunur.

 

Sinqapur

Ölkə, şəhər, dövlət – bütün bu sözlər onu təsvir edir! Maraqlı bir fakt – Sinqapurun ərazisi ərazinin yuyulması proqramı sayəsində tədricən artır. Sinqapur 63 adada yerləşir. Sinqapurqun müstəqillik qazandığı dönəmdə kiçik kasıb ölkə olduğuna inanmaq çətindir. Şəhərin simvolu – Merlion – yarı balıq və yarısı isə şir olan heyvandır.

 

Doha

Qətər Əmirliyinin paytaxtı Doha seçimimizdə daha bir isti ərəb şəhəridir. Əsas görməli yerlər – balıqçılıq limanı, Palma adası-əyləncə mərkəzi, səhra sakinlərinin yaşadığı Doha zooparkı, 18-dən çox attraksiondan ibarət «Əlləddin Krallığı», süni laquna və teatrdır.

Dohanın yaxınlığında antilopun ən nadir cinslərindən olan ağ köpgəröküzün yaşadığı «Şahaniyyə» qoruğu yerləşir.  

 

Seul

Soul tərcümədə paytaxt kimi tərcümə olunur. Yatmayan şəhər. Şəhərin görməli yerlərindən biri – 2005-ci ildə yenidən tikilən Çxonqeçxon bulağıdır. Bulaq yer altından vurur, bulağa əlavə olaraq bəzi yerlərdə fəvvarələr quraşdırılıb, sahildə yaşıllıqlar əkilib, axşamlar isə Çxonqeçxon işıqlanır.

 
 
Vankuver

Daha bir futuristik şəhər, bu səfər Kanadada. Vankuver üç dəfə «Dünyanın ən yaxşı şəhəri» adına layiq görülmüşdür. Yerli hakimiyyət və əhali aktiv şəkildə məsuliyyətli həyat tərzi təbliğ edirlər: vankuverlilər 2020-ci ilə şəhərlərini yer üzünün ən yaşıl şəhəri etməyi planlaşdırırlar. Şəhərin olduqca maraqlı panoraması var: bir tərəfdən hündür binalar, digər tərəfdən – yaşıl ağac və meşələr.

 

Dubay

Şəhər dünyanın ən çox inkişaf edən şəhərlərindən biri hesab olunur. Görməli yerlər – Burj Al Arab, yeddi ulduzlu otel, musiqili fəvvarə və əlbətdə ki, quruluşu ilə dünya xəritəsini xatırladan The World süni adaları.

 

Sonqdo

Cənubi Koreyada yerləşən Sonqdo Sarı dənizdə süni ada üzərində aerotropolis konseptində layihələndirilmişdi. Burada maraqlı müasir memarlıq mövcuddur, infrastruktur isə tamamilə kompüter ilə işləyir.

Şəhər körpü vasitəsi ilə şəhərin əsas iqtisadi və ictimai ərazisi qismində fəaliyyət göstərən İnçxon hava limanı ilə birləşdirilib.

 

Lavasa

Hind şəhəri Lavasa — «Lavasa Corporation» özəl şirkətin vəsaitləri hesabına maliyyələşdirilən şəhərdir. Lavasa — «yeni urbanizasiyanın ağıllı şəhərləri»-nin tikintisi proqramı çərçivəsində hazırlanan layihədi. Burada yollar piyadalar üçün maksimal dərəcədə əlverişli və yaşıl ərazi üçün kifayyət qədər yerlər olmalıdır.

Lavasda idarəçilik meriya və ya munisipalitetə yox, məhz «Lavasa Corporation» şirkətinə məxsusdur.

 

Məqalədə istifadə olunan fotolar 500px.com saytından götürülmüşdür.

 

 

Hazırkı materialın kopyalanması yalnız redaksiyanın öncədən yazılı razılığı nəticəsində mümkündür. Bütün hüquqlar FRIDAY.az saytına məxsusdur.

 

Оставить комментарий