“Yer kürəsi ölmür, onu öldürürlər, qatillərin isə ad və ünvanları var”.

 Yuta Fillips

FRIDAY.az komandası dünyada baş verən qlobal problemlərə heç vaxt biganə qalmır. Biz hər zaman xaricdəki həmkarlarımızın xəbərlərini izləyirik. Ona görə də Cordan Enjelin ingilis dilindən tərcümə olunmuş məqaləsindən yan keçə və paylaşmaya bilməzdik. Orada müəllif planetimizi çirkləndirən həqiqi təqsirkarları ifşa edir.

Beləliklə, təkcə 100 şirkət 1988-ci ildən başlayaraq, dünya üzrə atmosferə atılan istixana qazlarının 70%-nə cavabdehdir. Onları əsasən sözün hərfi mənasında Yerin hesabına zənginləşmiş kişilər idarə edir. Onların biznesi bəşəriyyətə məlum olan yeganə evin məhv edilməsinə əsalanır. Bu ərəfədə biz dostlarımızı,qonşularımızı və ailəmizi məsələn, plastik çöplərin istifadəsinə görə məzəmmət edirik. Əgər 7,5 milyard əhalidən qınanmalı olan kimlərsə varsa, o da həmin o 100 nəfərdir. Onlar ümumilikdə faydalı qazıntı hasilatının ən böyük hissəsinə nəzarət edirlər, eləcə də neft, qaz və kömürdən istifadə hüquqları var.

Bu adamlara çatdırmaq lazımdır ki, onlar “qazıntıları torpaqda saxlamağa” razı olana qədər biz onlardan əl çəkməyəcəyik. Bu artıq şəxsi məsələdir.

Hyuston planet ekologiyasının əsas qatillərinin siyahısına başçılıq edir. Onun ardınca Cakarta, Kalqari, Moskva və Pekin gəlir. Siyahıda ən zəngin şəxs rus neft maqnatı Vaqit Ələkbərovdur, onun kapitalı hazırda 20,7 milyard tollar təşkil edir.

Xəritə kartoqram şəklində təqdim olunur, orada sənayeləşmə dövründən bu yana karbon qazının birgə tullantısı üzrə ölkələr göstərilir.

Bu xəritə davranışlarımızı dəyişərək və daha çox ekoloji ərzaq alaraq qlobal istiləşməni dayandıracağımız barədə geniş yayılmış mifə cavabdır. Lakin heç nəyə baxmayaraq, əgər bu korporasiyaların qarşısını almasaq, onlar Yer kürəsini məhv etməyə davam edəcəklər. Bu şirkətlərin qərarverici şəxslərinin anonimlik hüququ var. Xəritə vasitəsilə biz pərdəni qaldırmağa və onlara çağırış etməyə çalışacağıq. Bu şəxslər planetin xilasına görə bizim kimi məsuliyyət daşımalıdırlar.

Tərcümə: Nikita Yudin

Şərh qoy