Koronavirus infeksiyası (COVID-19) insanları o qədər maraqlandırır ki, onlar pandemiyanın inkişafı barədə müxtəlif elm sahələri üzrə ekspertlərdən məlumat öyrənməyə hazırdırlar. FRIDAY.az komandasına da bu problemə fərqli bucaqdan baxmaq maraqlı gəldi. Bu səbəbdən biz populyar astroloq Gülarə Səmədovaya müraciət etdik və ulduzların bəşəriyyətə nə xəbər verdiyini danışmağı xahiş etdik.

— Astrologiya nədir? Ulduzlar dünyada qarşıdan gələn hadisələri necə xəbər verə bilərlər?

— Astrologiya qədim biliklərin nizamlı sistemidir, onun kökləri eramızdan əvvələ dayanır, o, səma cisimlərinin ümumilikdə bəşəriyyətə və hər kəsə ayrı-ayrılıqda necə təsir etdiyini öyrənir. Astrologiya ilk növbədə özünü dərk üçün unikal alətdir, öz üzərində işləmək və öz həyatını qaydasına salmaq üçün bəşəriyyətə kömək məqsədilə verilən alətdir. Hər Zodiak bürcünün, hər planetin öz təyinatı var, ona riayət edərək yaşamağı, yaratmağı, sevməyi öyrənirik. Qoroskop bir növ psixo-energetik matrisdir, ona dəyişikliklərin (astronomik tsikllərin) alqoritmi və emosional və energetik bacarıqlar dəsti yerləşdirilib. Hər qoroskop bir neçə səviyyədə həyata keçə bilər. Onlardan ən birincisi instinktlər səviyyəsidir (fiziki ehtiyacların təmin edilməsi), amma elə ki,biz “Biz kimik? Bu dünyaya niyə gəlmişik?” suallarını verməyə başlayırıq, hər şey dəyişir və biz inkişaf etməyə, ruhun təkamülü yolunda İlahi hökmə uyğun hərəkət etməyə başlayırıq. Astroloji biliklər təhtəlşüurumuzun dərin proseslərini öyrənməyə və onları dərk səviyyəsinə çıxarmağa və bizdəki ən yaxşı tərəfləri dinamik inkişaf etdirməyə, qəlbimizin toksik təzahürlərini nəzarətdə saxlamağa, təkmilləşməyə imkan yaradır.

— Ulduzlar yer üzünə yeni virus kimi bir faciənin gələcəyini xəbər vermişdilərmi?

— Ola bilər. Bu məsələdə də müəyyən dövrilik və vəziyyətin inkişaf vektorunu seçmək imkanı müşahidə olunur. Hələ 20-ci əsrin sonlarında Yerin oxlarının sürüşməsi başladı və kataklizm və fəlakətlərə gətirib çıxardı. Dolça əsrinin başlaması Yerdəki inkişafa öz düzəlişlərini elədi. Yeni dövrə keçid zamanı həyat qavrayışını dəyişmək, köklərimizə üz tutmaq və hər şeylə harmoniyada və minnətdarlıq hissi ilə yaşamaq lazımdır. Dəyişikliklər qaçılmazdır və onlar heç də həmişə ağrısız keçmir. 2019-cu ilin sonunda Oğlaq bürcündə günəş tutulması və 2020-ci ilin əvvəlində Xərçəng bürcündə ay tutulması hakimiyyət, inanclar, ənənələr strukturunda dəyişikliklər mexanizmini işə saldı. 2020-ci ilin yanvarında Oğlaq bürcündə – dağıntılarla yaradan böyük Plutonun və məhdudiyyətlər və karma planeti Saturnun – iki titan planetin birləşməsi bizi yetərincə sərt və sürətli şəkildə dəyişməyə və Yerin yeni enerjiləri ilə ahəngdə olan yeni vibrasiya dalğasına keçməyə məcbur etdi. Virus və onun mutasiyaları 11 ildə baş verən ən zəif günəş aktivliyi dövründə bəşəriyyətə sürətlə hücum etdi və gözləməyə, gələcək və ya keçmişə görə məsuliyyəti qırağa atmağa imkan vermədi. Dünyanı iki enerji idarə edir – qorxu və sevgi enerjiləri. Səhhətinə görə qorxu, maddi cəhətdən təminatsızlığa görə qorxu və tənhalıq qorxusu – bəşəriyyətin indi hiss etdikləri bunlardır. Və hər kəsin imkanı var ki, bunun əksi olaraq, yalnız özünə kömək etməməklə, qarşılıqlı yardım, mərhəmət, vətəndaş məsuliyyəti və şücaət nümayiş etdirsin.

— Pandemiya ilə bağlı vəziyyətin necə inkişaf edəcəyinə dair hər hansı astroloji proqnozlar varmı?

— Biz artıq pandemiyanın aktivliyinin pik nöqtəsindəyik. Ümid edirəm ki, uğur planeti olan Yupiterin Plutonla birləşməsi yaxın günlərdə məsələyə aydınlıq gətirəcək və tədricən sərt ocaqlar neytrallaşacaq. Bu, mürəkkəb və ləng prosesdir. 2020-ci ildə altı tutulma var və müvafiq olaraq, gərginlik qorunub saxlanılacaq. Metal Siçan ili bizim çatışmazlıqlarımızı üzə çıxarır və əbədi mövzuları düşünməyə vadar edir – ailə, yaxınlar, münasibətlər, ocaq. Karantinin nəticələrinin sərt istehzası məhz bu mövzuları həmişəkindən daha çox göz önünə qoyur. Nəticələr hələ bir müddət bütün sahələrdə mürəkkəb şəkildə təzahür edəcək, humanizm və qardaşlıq qanunlarına uyğun şəkildə bütün quruluşu dəyişməyə məcbur edəcək. Və insaniyyəti itirməmək, dəyişikliklərə qarşı gələnlərə köməklik etmək və nəhayət, Həyatın misilsiz bəxşişlərinə minnətdar olmağı öyrənmək lazımdır.

— Bəs pik dövründə bizi nələr gözləyir? Hər şey pis olacaq?

—  Düşünürəm ki, biz ən təhlükəsiz bölgələrdən birində yerləşirik. Öz xalqını dəstəkləyən və əhaliyə qorunma və kömək üçün hər bir şəraiti yaradan hökumətin vaxtında atdığı addımlar sayəsində, ümid edirəm ki, uzunmüddətli təcriddən nisbətən ağrısız çıxa biləcəyik. Dövlətlərin birləşməsi, münaqişələrin aradan qaldırılması, qarşılıqlı yardım – bütün bunlar dünyanın böhrandan keyfiyyətli və planlı çıxmasına kömək edəcək. Müxtəlif dinlərə, inanclara, ideyalara sahib olan çoxlu sayda insan bəşəriyyətin sağlamlığı və faciədən qurtulmaq uğrunda mübarizə üçün eyni duanı edir – bu böyük şəfqət aktı təşvişə düşənlərə ilham verəcək və Kainatın qanunları ilə ahəngdə yaşayaraq dəyişməyə və bəlkə də müharibələri, Dünyamızı dağıtmağı dayandırmağa kömək edəcək.

— Dünyanın pandemiyadan sonra necə olacağına dair ulduzlar nə deyir?

— Dünya daha yaxşı olacaq. Birmənalı olaraq. Dünya həmişə nifaq və qorxu çirkablarından qurtulandan sonra daha yaxşı olur. Dolça əsrinin başlanması inkişaf, azadlıq, həmrəylik rəmzidir. Şüur yenidən qurulur, hakimiyyət institutu yenidən konstruksiya edilir, dəyərlər dəyişilir. Baxın, insanlar artıq dəyişilir. Tamamilə yad insanlara görə nigaran olaraq bir-birilərinə kömək etməklərinə, donor olmaqlarına, xeyriyyəçiliklə məşğul olmaqlarına dair nə qədər nümunələr var. Bu özü göstəricidir.

— İnsanın fərdi qoroskopuna əsasən onun koronavirusdan əziyyət çəkib-çəkməyəcəyini qabaqcadan bilmək olarmı?

— Bu zaman kəsiyində zodiak bürclərindən hansının daha həssas olduğunu təxmin etmək və artıq şəxsi qoroskopa əsasən cari vaxt kəsimində real yoluxmaq, xəstəliklərə məruz qalmaq imkanına baxmaq olar. Əgər tutulma dəhlizi zamanı (26.12.2019-10.01.2020) sağlamlıqla bağlı hər hansı problemlər olubsa, ayıq-sayıqlıq göstərmək və özünə qayğı ilə yanaşmaq lazımdır.

— Oxucularımıza nə məsləhət görərdiniz?

— Mənim deyəcəklərim nə məsləhət, nə də ki, tövsiyə deyil. Bu, daha çox xahişdir. Mən yəqin ki, özümüzə, öz ruhumuza kömək etmək, eləcə də yaxınlarımızı düşünmək, bir qədər mərhəmətli olmaq və var olan hər şeyə görə, sizin üçün edilən hər şeyə görə “çox sağ ol” demək xahişi ilə müraciət etmək istəyirəm. Öz daxilinizdə dayaq nöqtəsi tapmağa çalışın. Tarazlıqda olarkən biz baş verənləri keyfiyyətcə yeni formada qavraya bilərik, bizi pisə kökləyən qorxu və uydurmaların isteriyasına getməyə bilərik, öz daxilimizdəki neqativin öhdəsindən gələrək yaxınlarımıza sevgi və dəstək verə bilərik və daha nələr. Hazırda immunitetin möhkəmləndirilməsi barədə o qədər şey yazılır və danışılır, amma qorxu da immuniteti aşağı salır, sevgi və şücaət isə bizdə bərpaedici gücü oyadır və fiziki və psixoloji cəhətdən sağalmağa imkan verir. Tanrıya xidmət edə bilmək imkanına görə təşəkkür etməyə başlamağı yoxlayın və yalnız onda sizin yaşamaq, sevinmək və sevindirmək gücünüz olacaq, deməli, istənilən böhrandan daha cəld və keyfiyyətlə çıxıb, başqalarına da bu işdə kömək edə biləcəksiniz.

 

Şərh qoy