Məhsuldar iş üçün internetə yaxşı bağlantısı və işgüzar ab-havası olan komfortlu məkan tələb olunur. İş mühitinə baxmayaraq, yer seçməkdə əsas amil tam rahatlıq və hərəkətlərin sərbəstliyidir. Kafelər artıq çoxdandır ki, gün ərzində məhsuldar işləmək üçün favoritlər siyahısından çıxıb. Bir daha ideal yer axtarmamaq üçün isə FRIDAY.az komandası ən yaxşı kovorkinq məkanlarının siyahısını hazırladı.

THE OFFICE COWORKING & OFFICES


Bütün “ofis” tələblərinə uyğun təchiz edilmiş bütöv bir məkan şəhərin düz mərkəzində yerləşir. Rahat, sakit kabinetlərdən tutmuş meditasiya fasilələrinə qədər bütün imkanlar hər kəsə fikrini cəmləməkdə kömək edəcək. Qiymətlər iclas otaqlarının icarəsinə görə 1 saatı 20 manatdan başlayır. Ayda 250 manatdan başlayaraq isə üzvlük əldə etmək və ofisdən gündəlik istifadə edərək bütün xidmətlərdən yararlanmaq olar. Siz həmçinin The Office-də keçirilən bütün master-klasslarda iştirak edə bilərsiniz.

Ünvan: Bəşir Səfəroğlu küçəsi, 215

Əlaqə: (+99412) 598 17 00 / seeyou@theoffice.az

 

W_SPACE BAKU


Bakının düz mərkəzində panorama pəncərəli geniş kovorkinq mərkəzi var. AFMALL-un dördüncü mərtəbəsində W_Space yerləşir. Burada sizin fikirlərinizi öz işinizə cəmləmək imkanınız olacaq. Bundan başqa, siz kovorkinq məkanının içərisində yerləşən kafedə nahar edə bilərsiz. Ayda 145 manata Mərkəzdə məskən sala, kafedə 10% endirim qazana, eləcə də W_Space komandasının keçirdiyi bütün tədbirlərdə iştirak edə bilərsiz. 245 manata isə öz adınıza şəxsi masa, eləcə də əşyaları saxlamaq üçün ayrıca dolab əldə edirsiz. Üstəlik, kafedə bütün menyuya endirim 15%-ə qalxır.

Ünvan: Səməd Vurğun küçəsi, 34 (AF MALL, 4-cü mərtəbə)

Əlaqə: (+994 55) 288 22 08 / admin@wspace.az

 

FABRIKA BAKU


“Fabrika” şəhərin əlverişli rayonunda, Landmark Hotel-in yaxınlığında yerləşir. Burada qiymətlər 1 gün üçün adambaşına 14 manatdan başlayaraq, kiçik komanda üçün 340 manata qədərdir. Kitabxana ilə iş üçün sərbəst zonadan tutmuş istirahət zonasına qədər hər şey sizin sərəncamınızdadır.

Ünvan: Nizami küçəsi, 92

Əlaqə: (+994 12) 498 64 73 / (+994 50) 722 11 32 / fabrika@coworking.az

 

COLAB.


Səssizlikdə işləmək üçün Bakının işgüzar rayonunun mərkəzində yerləşən rahat məkandır. Məhz bu kovorkinq məkanı modern üslubunda dizaynı ilə fərqlənir, eləcə də böyük pəncərələr hesabına tamamilə işıqlandırılır. Qiymətlər  bütün iş günü üçün 30 manatdan başlayır. Həmçinin üzvlük əldə etmək olar — ayda 100 manatdan başlayaraq.

 

Ünvan: Neftçilər prospekti 151 (giriş Üzeyir Hacıbəyli küçəsindəndir)

Əlaqə: (+994 50) 278 00 72 / welcome@colab.az

 

BAKU BUSINESS FACTORY


Bu kovorkinq məkanı da şəhərin mərkəzində AF Business House-un üçüncü mərtəbəsində yerləşir. Siz təklikdə və ya dörd nəfərdən ibarət komanda ilə BBF-ə gələ bilərsiniz.

BBF-in nömrələrinə zəng edərək qiymətləri dəqiqləşdirmək olar.

Ünvan: Nizami küçəsi, 203

Əlaqə: (+994 12) 599 04 05/06 / (+994 50) 599 04 05 / info@bbf.az

 

ATOMYUM.AZ


Bakının düz ürəyində yeni beynəlxalq kovorkinq məkanı yerləşir. Atomyum.az – Kaliforniya, Brüssel və Bakını birləşdirən körpüdür. Hər şey sizin sərəncamınızdadır: geniş iş meydançasından tutmuş limitsiz dadlı təamlara qədər. Qiymətlər saatda 8 manatdan ayda 300-dək dəyişir.

Ünvan: Zərifə Əliyeva küçəsi, 55 (Yeni Heyat Baku)

Əlaqə: (+994 50) 871 77 32 / (+994 50) 605 66 80.

 

 

Mətn: Nigina Buranova

Şərh qoy