Ondan başlayaq ki, səyahət zamanı pula qənaət etmək olar. Və bu gün məqaləmizdə uçuq-sökük otaqlardan danışmayacağıq. Söhbət sərfəli qiymətləri və yaxşı şəraiti olan rahat hotel və hostellərdən gedəcək. Gəlin, başlayaq. Yaxşı hotelə nələr daxil olmalıdır? Əlbəttə ki, rahat çarpayı, vanna otağı, ləzzətli səhər yeməyi, WI-FI və keyfiyyətli xidmət.

FABRIKA — keçmiş tikiş fabrikinin binasında qurulmuş, divarları qraffiti ilə bəzədilmiş, öz həyətində barlar, oyun klubu, barberşop, Flying painter kimi geyim mağazaları olan universal hosteldir. Hostel müxtəlif dizayna və sovet dekor elementlərinə malik nömrələri ehtiva edir. Şəraitlər arasında — döşəklər, WI-FI, quraşdırılmış fenli vanna otaqları, pulsuz tualet və kosmetika ləvazimatları, çarpayı kənarı dolabçalar, çarpayının yanında qiraət üçün lampalar və şəxsi şkaflar var.

Sutkalıq qiymət: 25-50 lari.

Ünvan: Y.Ninoşvili küçəsi, 8 (“Marcanaşvili” metro stansiyasından 600 metr məsafədə).

 

VAZI HOTEL “Avlabari” metro stansiyasından 200 metrlik məsafədə yerləşir. Pulsuz WI-FI, park yeri, isidici, pulsuz səhər yeməyi, siqaret çəkməyənlər üçün nömrələr kimi şəraitləri var. Cütlüklər üçün uyğun məkandır.

Sutkalıq qiymət: 20-45 lari.

Ünvan: İsani küçəsi, 8.

THE PASSENGER ROOMS bu hotelin şəraitlərinə WI-FI, pulsuz səhər yeməyi, rahat otaqlar, isidici, duş kabinəsi, pulsuz kosmetik ləvazimatlar daxildir.

Sutkalıq qiymət: 35-40 lari.

Ünvan: Giorgiy Leonidze küçəsi, 9 (2-ci mərtəbə), “Azadlıq meydanı”ndan 200 metrlik məsafədə.

SENATOR HOTEL hotelinin Mtkvari çayına mənzərəsi və öz bağçası var. “Azadlıq meydanı”ndan 4 km məsafədə yerləşir. Pulsuz WI-FI, park yeri olan rahat hoteldir, nömrələr kondisioner, düz ekranlı, kabel kanallı televizor ilə təchiz olunub, nömrəyə yemək çatdırılır, ayrıca vanna otağı, fen, ütü və digər məişət ləvazimatları var.

Sutkalıq qiymət: 40-70 lari.

Ünvan: Navtluqi küçəsi, 10 (19-cu mərtəbə, B bloku, Archi Tower).

GEORGIAN GUEST HOUSE ON ASATIANI “Azadlıq meydanı”ndan 5 dəqiqəlik məsafədə, köhnə şəhərdə yerləşir. Nömrələrdə isidilən döşəmə, ayrıca vanna otağı, ütü, fen kimi məişət ləvazimatları var. Səhər yeməyi əlavə ödənişlə verilir. Həmçinin ümumi mətbəx var ki, orada özünüzə yemək bişirə bilərsiz. Pulsuz park yeri və WI-FI var.

Sutkalıq qiymət: 50-60 lari.

Ünvan: Lado Asatiani küçəsi, 7.

Mətn: Tessa Basilaşvili

Şərh qoy