Yəqin ki, siz içki içməyən dostunuzun da olduğu bir yığıncaqla kluba və ya bara getmisiz. Adətən belə insanlar özlərini narahat hiss edir və əsasən şirə və ya enerji içkisi içirlər. Amma dövran dəyişir və indi hətta dünyanın ən məşhur barları da menyuda alkoqolsuz spiritlər təklif edirlər. FRIDAY.az komandası spiritlərin nə olduğunu və niyə tezliklə məşhurluqda spirtli geridə qoyacaqlarını öyrənməyə çalışdı.

Beləliklə, spiritlər – dadı və ətri ənənəvi alkoqola yaxın olan, amma spirtsiz içkilərdir. Onlar alkoqoldan spirtin çıxarılması üzrə xüsusi texnologiya ilə hazırlanırlar. 74 dərəcədə spirt buxarlanır və əgər bundan düzgün istifadə olunarsa, keyfiyyətli spirit almaq mümkündür.

Bir neçə il əvvəl alkoqolsuz bar heç nəzərdən keçirilmirdi, amma dövr dəyişilib. İndi sağlam olmaq dəbdədir. Sərxoşluq halına gəlincə isə, nəzarəti itirmək, səhər isə axşamkı hadisələri xatırlaya bilməmək ədəbsizlik sayılır. Odur ki, alkoqolsuz spiritlərin qəfil populyarlığı təəccüb doğurmur.

Bu trendə qısa zamanda alkoqol şirkətləri qoşuldular və startaplardan spirit hazırlanmasının reseptini satın alaraq, məhsulu böyük bazara çıxartmağa başladılar. Beləliklə, alkoqolsuz spiritlərin bir neçə cərgəsi yarandı. İlk məhsulu dünyanın ən adlı-sanlı bartenderləri arasında yaydılar. Onlar bu ideyanı bəyəndi və hazırda bir çox ölkələrdə yalnız spiritlərin verildiyi barlar açılır. Onların arasında Getaway (Bruklinin Qrinpoint əyalətinin əsas küçəsi yaxınlığında dəbli bar), Dublində The Virgin Mary və Afinada The Clumsies var. Spirit mədəniyyəti yüksəliş yaşayır, o, artıq Rusiyaya çatıb və qısa zamanda Azərbaycana da gələcək. Gəlin öyrənək, müasir spiritlərdən nəyin dadına baxmağa dəyər.

Pivə

Pivəbişirmə ilə məşğul olan az qala hər bir iri brend artıq alkoqolsuz variantları geniş kütlələrə təqdim edir. Alkoqol ehtiva etməyən Efes, Erdinger, Heineken ölkənin demək olar ki, bütün barlarında tapıla biləndir, amma barmenlər və bu içkinin biliciləri Brewdog, Pure Brew və Guinness markalarını gözləməyi tövsiyə edirlər.

No Groni – 2017-ci ildə Londonun ən yaxşı bartenderlərindən olan Ben Brenson tərəfindən kəşf edilmiş hazır alkoqolsuz “Neqroni” içkisidir. İndi o, şüşələrə doldurulur və 200 ml qablaşdırmada – 2 porsiyada satılır.

Seedlip – bu, cin və ətirləndirilmiş araq kimi “tünd alkoqol” cərgəsidir. Seedlip Diageo şirkəti tərəfindən satın alınmışdır. Onun özünəməxsus otlu dadı var, özü özlüyündə hətta ləzzətsiz və yetərincə dayaz görünə bilər. Buna baxmayaraq, məhz o, Londonun ən yaxşı barlarında bir çox mükafat almış kokteyllərin əsasını təşkil edir.

 

Martini 0.0% Dolce

Bacardi-yə məxsus “Martini” brendinin təqdim etdiyi son məhsuldur. Şirkətdə fərqli yolla getməyi qərara aldılar və oynaq şərablar kateqoriyasından alkoqolsuz şərabı təqdim etdilər. Oynaq şərabların istehlak həcmi azalsa da, Martini Asti “Prosekko”dan sonra ən populyar brend olaraq qalır. İstehsalçı bildirir ki, Martini 0.0% Dolce əlavə edilmiş şəkər ehtiva etmir, təbii şəkərin miqdarı isə 100 ml üçün 11 q-dan çox deyil (bu da “Bryut” quru üslubuna müvafiqdir).

Şərab

Bilirsinizmi ki, məhz Azərbaycanda alkoqolsuz şərabın hazırlanmasında zəruri keyfiyyətə nail olunub? Bununla Azgranata şirkəti məşğul olur. O, Rubai 0% cərgəsini satışa çıxarıb. Onu artıq şərab mağazalarında və iri marketlərdə əldə etmək olar. Azgranata-nın nümayəndələri bildirirlər ki, alkoqolsuz şərab onkoloji xəstəliklərin yaranma riskini azaldır və artıq kaloriləri yandırır.

 

Mətn: Nikita Yudin

Şərh qoy