İyun — seksual azlıqların hüquqlarının müdafiəsi ayıdır (Pride Month). Müxtəlif ölkələrdə məhz bu ayda Bərabərlik yürüşü keçirilir, brendlər isə LGBT+ icmasının problemlərinə diqqəti çəkmək məqsədilə kampaniyalar başladır. 

Bu yaxınlarda Nickelodeon kanalı LGBT qəhrəmanlarla tvit paylaşdı. Onların arasında hamının sevimli personajı olan Süngər Bobu görmək gözlənilməz idi. 2005-ci ildə cizgi serialının yaradıcısı bildirmişdi ki, Spanç Bob və Patrik aseksual qəhrəmanlar kimi düşünülüb. 

İstifadəçilər bu paylaşıma qızğın reaksiya verdilər. Bəziləri bu haqda çoxdan bilirdi, bəziləri isə heyrət içində idi, çünki multiplikasiya qəhrəmanına belə bir kontekst yerləşdiriləcəyini güman etmirdilər. 

Paylaşım istifadəçiləri o qədər qızışdırdı ki, onlar bu qəhrəmanın oriyentasiyasını tapmağa çalışdılar. Tamaşaçılar 3 düşərgəyə ayrıldı. Birincilər düşünür ki, Spanç Bob — aseksual qəhrəmandır, ikincilər onu heteroseksual hesab edir, çünki seriyalardan birində o, Sendi Çikslə nişanlanmışdı. Digərləri isə bildirir ki, baş qəhrəman geydir — onun Patrik və Skvidvardla yaxın münasibətlərinə görə.

Bundan əlavə, pablikdə başqa iki qəhrəman haqqında da danışılıb: “Korra haqqında əfsanə” cizgi serialından Korra (biseksual kimi düşünülüb) və “Təhlükəli Henri” teleserialından Şvoz Şvarts (yaradıcılar onu transseksual kimi müəyyən edib). 

“Korra haqqında əfsanə”

Məşhur “Aanq haqqında əfsanənin” davamı kimi çəkilmiş fentezi döyüş animasiyasıdır, lakin süjetin mərkəzində Aanqdan sonrakı Avatar mücəssəməsi olan gənc qız Korranın hekayəsi dayanır. Aanqın Alov Lorduna qalib gəlməsinin üzərindən 70 il keçir. Tarix təkrarlanır, amma indi daha çox yeniliklərə yol açılır. 

“Təhlükəli Henri”

13 yaşlı yeniyetmə Henri superqəhrəman Kapitan Çelin köməkçisi olub. O, nə ilə məşğul olduğunu heç kimə deyə bilməz və hər şeyi hətta dostlarından və qohumlarından da gizli saxlamaq məcburiyyətindədir. Bir gün Kapitan getməli olacaq və Henri onun yerini tutacaq. Superqəhrəman və onun yoldaşı üçün bütün silahları və panzəhərləri Şvoz Şvarts hazırlayır. O, möhtəşəm ixtiraçıdır, lakin hamı onu əcaib hesab edir. 

Ayşən

Şərh qoy