Biznes üçün proqram təminatı işləyib hazırlayan Cubics Technology LLC şirkəti elektron kommersiya bazarını yeni məhsulla – Brandonline texnologiyası ilə yerindən oynatdı.

Bu texnologiya sayəsində hər bir sahibkar öz brendi üçün adaptasiya edilmiş və istifadəyə tam hazır İnternet-mağaza əldə etmək imkanı qazandı.

Habelə paketə Android və IOS əməliyyat sistemləri üçün mobil tətbiqlər daxildir – xüsusi vurğulayaq ki, tam paketin hazırlanması cəmi 3 həftə çəkir (21 gün).

Brandonline -nın əsas vəzifəsi – biznesinizin inkişafına təkan verməkdir.

Bu platforma onlayn mağazanın çeşidlərini hər hansı proqramlaşdırma bacarığı olmadan idarə etməyə imkan yaradır, bununla da onlayn satış prosesini xeyli sadələşdirir, daimi müştərilərin və sifarişlərin sayını artırır.

Rahat idarəetmə sistemi və 3 dildə sadə və əlverişli interfeyslə yanaşı, platforma SMS vasitəsilə qeydiyyatın təsdiqini, Push və SMS bildirişlər vasitəsilə məlumat göndərilməsini dəstəkləyir.

Saytın və mobil tətbiqin strukturuna həmçinin məhsulların kataloqu, alış-veriş səbəti və ödəmə sistemi daxildir.

Brandonline platformasının seçimində əsas üstünlüklər aşağıdakılardır:

— Məqsədlərinizin həyata keçirilməsi üzərində işləyən peşəkarlar komandası ilə əməkdaşlıq

— Öz server infrastrukturu olmadığı şəraitdə bəyan edilən reallaşdırılma müddətlərinə riayət olunması

— Yekun məhsulun keyfiyyətinə zəmanət

Brandonline xidmətləri arasında həmçinin yekun məhsulla işləmək üçün sürətli və effektiv adaptasiya məqsədilə işçi heyətə öyrədici treninqlər var.

www.brandonline.az istinadına keçərək və ya aşağıdakı nömrə ilə əlaqə saxlayaraq, daha ətraflı məlumat əldə edə bilərsiniz: (+994 12) 480 15 74.

Instagram – @brandonline.az

Əlavə edək ki, Cubics Technology LLC şirkəti Pasha Bank-ın texnoloji tərəfdaşıdır və qabaqcıl texnologiyalardan istifadə edərək sadəliyi və rahatlığı bir araya gətirir, bununla da sizə hər şeyin ən yaxşısını təqdim edir.

 

 

Şərh qoy