Seks hər bir insanın həyatının təməl hissəsidir. Onu çox vaxt reytinqi artırmaq, diqqət çəkmək istifadə edirlər, o, hər şeyi öz ətrafında dolandıran instinktdir. Amma bəzi hallarda insanların həyatında uzun müddət seks olmur. FRIDAY.az komandası seksin yoxluğuna məyus etməyəcək 9 səbəbi deyəcək.

 

Beynə faydalıdır

 

Doktor Frederik Makken bildirir ki, kişi toxumlarının kimyəvi tərkibinə fosfor, lesitin və beyin və sinir sisteminə müsbət təsir edən bir sıra digər komponentlər daxildir. Odur ki, kişi nə qədər çox sekslə məşğul olursa, orqanizm üçün faydalı elementlərdən bir o qədər çox məhrum olur. Qədim zamanlarda əbəs yerə deyilmirdi ki, döyüşçülər döyüşdən, idmançılar isə yarışdan qabaq seksual oyunlardan uzaq dursalar yaxşıdır. Və bu, ən yaxşı nəticəni əldə etmək üçün düzgün yanaşmadır. İş burasındadır ki, seksdən sonra bədən rahatlaşır və konsentrasiya sıfır səviyyəsinə düşür. Yarış iştirakçılarının mənfi göstəricilərinin səbəbi də budur.

 

Sublimasiya

Bu psixoloji termin o faktı gözəl izah edir ki, seks olmadığı hallarda istənilən fəaliyyətdə uğur 90% təmin edilmiş olur. Sirr bundadır ki, uzun illər ərzində cinsi həyatı iş və ya şəxsi maraqlarla əvəz etdikdə elm, yaradıcılıq, ədəbiyyat və ictimai fəaliyyətdə inanılmaz zirvələrə çatmaq olar.

 

Münasibətlərin yaxşılaşması

 

Kanada alimləri araşdırma apararaq müəyyən ediblər ki, sekssizlik ailədəki münasibətlərə müsbət təsir edir. Eksperimentdə 185 nəfər iştirak edib. Sorğunun göstəriciləri sınaqdan keçirilən şəxslərin iki kateqoriyaya bölünməsi oldu — SCSS və SCSN. Birinci kateqoriyadakı insanlar sekslə məşğul olmağa hazırdır, ikincilər isə — öz sevgilisinin xeyrinə ondan imtina etməyə hazırdır. Əsasən də əgər gənc cütlük uşaq gözləyirsə, kişi bu işdə həssas və səbrli olmalıdır. Cütlüklər arasında bu cür kompromislər isti münasibətləri daha da gücləndirir və möhkəm ailənin etibarlı təməli olur.

 

Ekstazın güclənməsi

Hind ənənəsinə əsasən, uzunmüddətli gözləmədən sonra sekslə məşğul olmaq ilahi ekstaza (samadxi) gətirib çıxarır, bədəndəki ehtirası oyadır, seksual aclığa səbəb olur. Seks zamanı isə partnyorlar buna qədər yolverilməz hesab etdikləri ən vulqar və əcaib seksual əməllərini həyata keçirirlər.

 

İnfeksion xəstəliklərə yoluxmaq riski

Cinsi əlaqə zamanı insanlar bəzən qorunma tədbirlərini unudurlar, bu da xlamidioz, süzənək və sifilis kimi xəstəliklərə gətirib çıxarır. Yoluxma partnyorla gigiyenaya riayət etməməyin nəticəsi ola bilər. Bundan başqa, infeksiya cinsi yolla daşıyıcıdan sağlam şəxsə keçir. Belə hallarda kontrasepsiyaya etinasız yanaşmaq olmaz, hətta partnyorunuz əksini israr edirsə.

 

Özünə nəzarət

İnsanın öz seksual həvəsini dəf etmək bacarığı bədən və ruhu möhkəmləndirməyə kömək edir. Seksdən imtina emosiyalara nəzarəti, möhkəm xarakteri, iradəni, düşüncəliliyi, məsuliyyəti və dözümü formalaşdırır.

 

İncə bədən quruluşu

“Seks kökəldir” ifadəsi çoxlarına təəccüblü gələ bilər, amma bunda həqiqət payı var. Hind professoru və “Kamasutra” bilicisi Riteş Menezes Medical Нypotheses jurnalına öz mülahizələrini bölüşüb. O bəyan edib ki, seks və xüsusən də orqazm zamanı, qanda prolaktin hormonu yüksəlir. Onun əsas təyinatı hamilələrdə südün formalaşmasıdır. Kimlər ki, hamilə deyil, onlarda hormon piy qatlarının toplanmasına səbəb olur. İsbat üçün Riteş bu faktı qeyd edir ki, dolu bədənli qadınlar prolaktin çoxluğundan əziyyət çəkirlər (hiperprolaktinemiya).

 

Güclü immunitet və yaxşı yaddaş

Yenə də elmə istinad edək. Qərb alimləri seksin qadın immunitetinə və yaddaşına təsirinə dair bir sıra eksperimentlər keçiriblər. Müəyyən edilib ki, onun yoxluğu immun sisteminə müsbət təsir edir və qadının yaddaşını yaxşılaşdırır.

 

Daha çox asudə vaxt

Bir qayda olaraq, seksdən imtina sizi hamiləlikdən qurtarır. Qadın özünə daha çox vaxt ayıra bilir. Buraya xarici görünüşə qulluq, karyera qurulması, öz vaxtını işə, elmə, sevimli sahəyə və səyahətlərə həsr etmək aid ola bilər.

Mətn: Mikayılova Mira

Şərh qoy