Sevgililər gününə sayılı günlər qalır və gənclər təkcə öz ikinci yarıları üçün hədiyyələr axtarışında deyillər, həm də təlaşlı şəkildə romantik axşam üçün yer axtarırlar. FRIDAY.az komandası bu problemlə bağlı oxucularına kömək etməyi qərara aldı və Bakıda aşiqləri əsl romantik ab-havanın gözlədiyi məkanların icmalını tərtib etdi.

Celebrate Love at Kaspia Restaurant

Heç də hamı sevgi haqqında çəkilmiş köhnə “Şokolad” filmini xatırlamaz, orda hələ çox gənc olan Conni Depp oynayırdı. Amma dünyada ən romantik ölkənin aurasını hər kəs hiss edə biləcək. Fevralın 14-ü Four Seasons Baku hotelində şokoladla əlaqədar unikal axşam baş tutacaq. Axşamın qonaqları 9-cu mərtəbədəki Kaspia restoranına qalxmazdan əvvəl Piazza Lounge-da Bulgari şirkətinin xüsusi apretivindən həzz ala biləcəklər. Xoş aperitivdən sonra sevgililəri terrasda masa gözləyəcək. Baş aşpaz Talxa Barkin 4 təamdan ibarət şahanə menyu təqdim edəcək, onların əsas inqrediyenti isə şokolad olacaq. Gənc musiqiçinin tarda ifa edəcəyi romantik musiqi isə xüsusi atmosfer yaradacaq.

Alkoqolsuz içkilərlə adambaşına menyu – 200 manat

Yerli şərabla adambaşına menyu – 250 manat

Rezervasiya üçün nömrə: (+994 12) 404 24 24.

 

Valentine’s Day with Jazz

Deyirlər ki, öz hisslərini etiraf etmək üçün cazdan yaxşı musiqi yoxdur. Bəs şəhərdə ən yaxşı caz harda ifa edilir? Düzdür! Moon Blue Jazz Club-da. 14 fevralda caz-klub sevgili cütlüklərə canlı musiqi ilə füsünkar axşam keçirməyi təklif edir. Qonaqlar üçün Təranə Mahmudova və Əfqan Rəsul çıxış edəcək, baş aşpaz isə salat, isti yemək və desertdən ibarət xüsusi menyu hazırlayacaq. Həmçinin masada sevgililəri bir şüşə şərab gözləyəcək.

Xüsusi menyunun qiyməti: 100 manat

Rezervasiya üçün nömrə: (+99450) 4645113

 

Valentine’s Romantic Dinner.

Sevgi dolu xatirələr paylaşıldıqca dəyərə çevrilir. Müqəddəs Valentin gününü Intourist Hotel Baku tərəfindən təşkil olunmuş xüsusi tədbirdə keçirərək öz xatirələrinizi yaradın. Aşiq cütlüklər baş aşpazdan xüsusi təamlarla və hər kəs üçün bir qədəh şərabla möhtəşəm axşamın bir hissəsinə çevriləcəklər. Bütün axşam qonaqlar üçün Rüfət Əsədov ifa edəcək.

İki nəfərlik menyu 140 manat

Rezervasiya üçün nömrə: (+99450) 2851945

 

Be My Valentine

 

Öz yarınıza Mezzo restoranında şam işığında şam yeməyi hədiyyə edin və canlı musiqinin sədaları altında nəfis mətbəxdən həzz alın. Restoranın kulinariya komandası bu romantik bayram üçün bir qədəh oynaq şərabla tamamlanan kompleks menyu hazırlayıb.

Axşamın əsas hissəsi 19:00-da başlayacaq. Bütün sevgililərə bir qədəh oynaq şərab təqdim olunacaq, masada isə onları xüsusi romantik menyu gözləyəcək. Çərəz kimi isə cütlüklərə qırmızı bibər və yaşıl reyhanlı sousda qızardılmış mozarella pendirli, çuğundurlu kroketlər, eləcə də sitrus sousu və duzlu xiyar ilə qızılbalıqlı tartar veriləcək.

Sizi həmçinin gözəl meyxoş dadlı çiyələkli-nanəli sorbetə qonaq edəcəklər.

Əsas yemək üçün baş aşpaz əsl delikates hazırlayacaq. Qrildə qızardılmış medalyonlar evsayağı kartofla və qırmızı şərab və rozmarinli sousla süfrəyə veriləcək.

Təmtəraqlı şam yeməyinin sonunda qonaqları əsl şirin pay — giləmeyvəli içlik və şokoladlı kremdən hazırlanmış, ürək şəkilli “Sevgi” deserti gözləyir.

Menyu: iki nəfər üçün 150 AZN

Rezervasiya üçün nömrə: (+994 50) 245 02 40

 

NOT FOR KIDS!

Bəlkə də sizin bir-birinizə qarşı məhəbbətiniz texno musiqiyə sevginiz qədər güclüdür və siz səpələnmiş qızılgül ləçəkləri iə şam işığında yemək əvəzinə, 14 fevralı klubda keçirməyə üstünlük verəcəksiz. Məhz həmin gün Albion pub-da şənlik təşkil olunacaq və onun əsas qonaqları bu DJ-lərdir: Rashad, Phardy, NeoSapiens.

Tədbirə biletlər artıq satışdadır – 10 manat

Şənliyə biletsiz gəlmək istəyənlər feys-kontroldan keçməli və 15 manat ödəməlidir.

Başlayır: 23-00

 

Picasso

 

 

Yəqin ki, qarşıdan gələn Valentin günü üçün ən sərfəli təklifi Mərdəkanda yerləşən Picasso restoranı təqdim edir. Cəmi 40 manata sevgililərə şorba, “Sezar” salatı, “Pepperoni” pizzası, suşi, meyvə şirəsi və məkanın hesabına iki qədəh şərabdan ibarət menyu təklif olunacaq. Amma hər gün Picasso restoranında səslənən canlı musiqini də yaddan çıxartmaq  olmaz.

Rezervasiya üçün nömrə: +99455 555 32 55

 

Mətn: Nikita Yudin

 

Şərh qoy