Gəlin, pandemiya ilə bağlı vəziyyəti bir qədər kənara qoyub, əyləncəli şeylərdən danışaq. Əyləncəli deyəndə ki… Qara yumor həmişə var, üstəlik, əgər interneti partlatmış yeni videodursa.

“Tabutlu qaradərililər” — qaradərili afroamerikalıların Astronomia mahnısının sədaları altında rəqs edə-edə tabut apardığı videodur (Dancing Coffin). Videonu epik feyllə bitən çarxların sonuna yapışdırırlar. O, Directed by ROBERT B.WIEDE qoşmasını xatırladır.

 

Əlqərəz, çoxları bu videoçarxları görüb, bəs heç düşünmüsünüzmü, bu qoşma hardan götürülüb? 

Tabutla rəqs Qanada yayılmış qədim adətdir. Bu ölkənin sakinləri yas mərasimləri üçün xüsusi rəqqaslar çağırırlar ki, vəfat edənləri son mənzilə şən yola salsınlar. 

Azərbaycanda belə bir şeyi təsəvvür edin… Yas mərasimi başlayır, qafqazlılar isə oynaya-oynaya tabutu aparırlar… Epik feyl. Növbəti səhnə — qafqazlıların özlərini tabutda aparırlar. 

Əvvəlcə bu çarxlar heç bir məzəli məna daşımırdılar, lakin sonra vəziyyət başqa cür oldu. Belə bir video 2017-ci ildə Yutuba yerləşdirilmişdi və orda xüsusi heç nə yox idi. Və yalnız bir neçə ildən sonra video kəsib sonuna uğursuz final əlavə edəndən sonra yeni şedevr yarandı. Əsas fikir bu idi ki, tabutla rəqs edən qaradərililər birinci videodakı uğursuzluğun qəhrəman üçün ölümlə nəticələndiyini göstərsinlər. Tezliklə oxşar formatda başqa videolar da peyda olmağa başladı. Trend martda inkişaf etdi və 2020-ci ilin aprelində möhkəmləndi. Memin əsas özəlliyi Astronomia trekindən istifadə idi.

 

Müəllif: Leila Yusub

 

Şərh qoy