“Pandora” bilərzikləri iyirmi ildən çoxdur ki, dəbdən düşmür. Bir çox qadın və kişilərin qarderobunda bu brendin aksessuarları var. Hər bəzək əşyası — incəsənət əsəridir.

Maraqlıdır ki, əksər insanlar üçün brendin məmulatları ilk növbədə bilərziklərlə assosiasiya olunur. Lakin “Pandora” şirkətinin çeşidləri boyunbağı və sırğaların geniş seçimi ilə zəngindir, onların qızıl və gümüş əsasında hazırlanıb.

Bilərziklərin yaranma tarixi Danimarkada başlayıb. 1982-ci ildə gənc cütlük olan Per və Vinni Enevoldsen Kopenhagen şəhərində kiçik zərgərlik mağazası açıb. Onların satdığı ilk zinət əşyaları Tailanddan gətirilən qiymətli daşlar idi.

5 il sonra, 1987-ci ildə Enevoldsen cütlüyü öz komandalarına bir dizayner götürdülər. Onun qarşısında belə bir vəzifə var idi — sadə mağazadan “Pandora” ticarət markasını yaratmaq. Və yalnız 1999-cu ildə Danimarka bazarına modul tipli bilərziklər daxil oldu, onlar “şarm” adlanan qiymətli asqıların əsasında hazırlanmışdı. Unikal və qeyri-adi dizayn Danimarkanın bütün qız və qadınlarının qəlbini fəth etdi. 2005-ci ildə “Pandora” bilərzikləri beynəlxalq zinət əşyaları sayılmağa başladı. Hazırda bu brendə dünyanın 65 ölkəsində rast gəlmək olar. 

Şübhəsiz ki, bilərzikləri bütün yaş kateqoriyaları üçün populyar edən fərqləndirici cəhət şarmlardır. Dünyada yaranmış məyusedici vəziyyətə baxmayaraq, onların seçimi böyükdür. Tanınmış şirkət şarmları Disney multiplikasiya qəhrəmanları ilə zənginləşdirərək, öz auditoriyasını sevindirmək istədi.

Əgər əvvəllər kolleksiyaya sadəcə Mulan (“Mulan” c/f), Olaf və Elza (“Soyuq ürək” c/f), Baz Layt (“Oyuncaqların hekayəsi” c/f) və Dambo (“Dambo” c/f) daxil idisə, indi o, yeniliklərlə tamamlanıb. Məsələn, Stiç (“Lilo və Stiç” c/f), Nemo (“Nemonun axtarışında” c/f), Çeşir pişiyi (“Alisa möcüzələr diyarında” c/f), Pluto, Mikki və Mini Maus (“Mikki Mausun macəraları” c/f), Patç (“101 dalmatin” c/f), Mari (“Zadəgan pişiklər” c/f).

Şirkətin dizaynerləri hətta ən tələbkar müştərilərin də seçim edə bilməsi üçün əllərindən gələni edirlər. Bəs siz öz kolleksiyasını tamamlaya bilmisinizmi? 

Bakıda “Pandora” mağazalarının filialları:

“28 Mall” TM: (+99450) 253 54 68

“Gənclik Mall” TM: (+99450) 253 54 16

Fəvvarələr meydanı: (+99450) 253 54 18

Bülbül prospekti, 3: (+99450) 253 54 12

Nailə Abdullayeva

Şərh qoy