Dünyanı musiqisiz təsəvvür etmək olmaz. O, bizi hər yerdə müşayiət edir. Bəzən filmlərdəki kimi, istəyirik ki, musiqinin bütün həyatımız boyu səslənsin və ən məsuliyyətli məqamda həmin o mahnını eşidək. Amma belə bir funksiyamız yoxdur, ona görə də saundtreki müstəqil seçmək imkanımız var.

FRIDAY.az komandası “Bakı şəhəri necə səslənir?” sualını qoyaraq, öz musiqili hit-paradını tərtib etməyi qərara aldı. Son ay üçün ən çox dinlənilən 10 mahnını təqdim edirik.

HISS — İSTƏMIRƏM

Azərbaycanlı müğənni Hiss 2018-ci ildə Biri Var mahnısı ilə şöhrət qazanıb və Sevdim kompozisiyası ilə “partladıb”. 2019-cu ilin sonunda onun İstəmirəm adlı mahnısı və klipi çıxıb və son bir neçə ayda 4,8 milyon baxış sayı toplayıb.

 

 

THE WEEKND – BLINDING LIGHTS \ THE WEEKND — HEARTLESS

 

Kanadalı sənətçi The Weeknd bu trekləri cəmi iki ay əvvəl buraxıb. Blinding Lights artıq 69 milyon, Heartless isə — 44 milyon baxış sayı yığıb. Kompozisiyalar irəliləyiş idi, belə ki, sənətçi həm xarici görünüş, həm də musiqi baxımından öz üslubunu dəyişib.

 

TRAVIS SCOTT – HIGHEST IN THE ROOM

Amerikalı trep-rep ifaçısı və hyustonlu prodüser Trevis Skott, başqa adı Jak Uebster bu treki 4 ay əvvəl buraxıb və artıq 158 milyon baxış sayı toplayıb. Lakin mahnı hələ də populyarlaşır.

 

RODDY RICCH – THE BOX

Roddi bu treklə Billboard Hot 100 musiqi çartına liderlik edib. Artıq şərh olmadan, sadəcə mahnını dinləmək lazımdır.

 

 

FUTURE FT. DRAKE – LIFE IS GOOD

Amerikalı hip-hop sənətçi Future kanadalı ifaçı Drake ilə duetdə bir ay əvvəl bu kompozisiyanı buraxaraq, 119 milyon baxış sayı topladılar. Mahnı hər məkanda səslənir və bir çox dinləyicilərin qəlbini fəth edib.

 

 

EMINEM – DARKNESS

Əfsanəvi və ən sürətli rep ifaçısı ötən ay özünün yeni trekini buraxdı və hər zamankı kimi növbəti şedevr oldu.

 

HALSEY – FINALLY

Eşli musiqidə çox incə zövqə malik olmaqla, hər zaman öz mətnləri və yumşaq səsi ilə qəlblərə toxuna bilib. Finally treki cəmi 2 aydır ki, çıxıb, lakin artıq 11 milyon baxış sayı toplayıb.

 

TONES & I – DANCE MONKEY

Bu mahnı 7 aydır ki, çıxıb. O, Yutubda 685 milyon baxış sayı yığaraq, öz coşğusu və pozitivi ilə dünya çartlarını fəth edib.

 

THE LIMBA – SMUZİ

Qazaxıstanlı sənətçi 2018-ci ildə özünün 19 milyon baxış sayı yığmış “Obmanula” mahnısı ilə şöhrət qazanıb. İndi isə həm də “Smuzi” çartları sürətlə fəth edir. Gənc müğənni öz məxməri səsi ilə qəlblərdə məskən salmağa davam edir.

 

JONY – LOVE YOUR VOICE

Rusiya çartlarını partladan mahnı azərbaycanlı Cahid Hüseynli tərəfindən yazılıb və ifa edilib. Ona “Alleya” kompozisiyası şöhrət gətirib, bundan sonra o, İnternetin hüdudlarından kənarda tanınmağa başlayıb. İndi Cahidin musiqisi hamıya tanışdır.

Şərh qoy