Bu gün biz Soloha-da yeni iş formatına başladıq, o, 3 cürdür:

  • saat 11:00-dan 19:00-dək restoranın yanından keçərkən Take Away pəncərəsindən sifarişi götürmək;
  • Wolt çatdırılma xidməti vasitəsilə sifariş vermək;
  • evə yarımfabrikatların çatdırılmasını sifariş etmək, onları hər gün saat 12:00-dan 19:00-dək çatdırırıq;

Nə sifariş etmək olar:

  1.  dondurulmuş pelmenlər və vareniklər, bir paketi 0,400 qr., içlik çeşidləri əvvəlki kimidir, yenilik də var, Pəhriz/Vegetarian!
  2. Koreyasayağı yerkökü və çuğundur, bizim özünəməxsus turşularımız, duza qoyulmuş və turş kələm;
  3.  toyuq paşteti, bir bankası xüsusi qiymətə 5 AZN;
  4.  restorana özəl az duzlu siyənək və forşmak;
  5.  borş üçün tədarük, o, sizə borşu 40 dəqiqəyə bişirməyə kömək edəcək;
  6.  Kiyevsayağı kotletlər, toyuq kotletləri, kələm dolması;
  7. əgər birdən önəmli tədbiriniz olarsa, sobada bişmiş ördək, hinduşka, qaz, qoyun ayağı, donuz ayağı, donuz qabırğası;
  8. az qala salatları unutmuşduq, onları kiloqramlarla sifariş edə bilərsiniz

 

 

 

 

 

Şərh qoy