Gürcü rəqsləri bütün dünyada tanınır. Onlar milli geyimlərdə ifa olunurlar. Bu cür libaslara nadir hallarda rast gəlinir, amma ənənəyə görə onları toylara, bayramlara və ya musiqi festivallarına geyinirlər. M

Gürcüstanda adət-ənənələri hifz etməyə çalışırlar ki, gənclərə gürcülərin necə görünməli olduqlarını xatırlada bilsinlər. Odur ki, 18 may Milli kostyum günü elan olunub. Lakin gürcü kostyumları və libasları bir-birindən fərqlənir. Ola bilsin ki, sıravi insan üçün onlar eyni cür görünür, amma FRIDAY.az onların fərqindən danışacaq. 

Gürcüstanın dağ bölgələrinin geyimləri

Xevsureti Gürcüstanın şimal-şərqində, dağlarda yerləşir. Xevsur geyimləri digər milli gürcü libaslarından çox fərqlənir. Xevsurlar qədim zamanlardan çox güclü döyüşçü hesab olunurdular və düşmənlər yalnız Duşeti, Xevsureti və Svanetiya dağlarından hücuma keçirdilər. Döyüşün nəticəsinin effekiv olması üçün onlar mürəkkəb emal texnikası, rəngli simvollar və naxışlar vasitəsilə hazırlanan yüngül qiyafə geyinirdilər. Xevsureti öz orijinallığı ilə seçilir. Xevsur kişi kostyumu “talavari” (köynək, xalat və qısa şalvar) hesab olunurdu. Qadın “talavari”sinin əsas elementi “sadiatso” adlanan yun don və eyni cür yun çiyinlikdir. 

Tuşeti

Tuşetlilər qara və qırmızı rəngli, daha ciddi geyimə üstünlük verirdilər, onu əllə hazırlanmış kişmirdən tikirdilər. Qadın donunun hündür yaxalığı olurdu, həmçinin xüsusi çiyinlik geyinilirdi ki, o da qulaqları, çiyinləri və başı güclü külək və soyuqdan qoruyurdu. Kişilər patron üçün cibi olan tüllü çuxa (yun çiyinlik) və satin köynəklə şalvar geyinirdilər.

Svanetiya

Kişi geyimi “svana” qara və ya boz kişmirdən hazırlanırdı. Qadın və kişi üslubu acarlardan götürülüb. Svanalar üstdən “osar” adlanan çuxa geyinirdilər. Onun altından isə dizə qədər çatan satin köynək olurdu. Svanalar həmçinin kişmirdən hazırlanmış ağ papaq taxırdılar. 

Acariya Gürcüstanın cənub-qərbində yerləşir. Acarlar digər sakinlərdən öz üslubları ilə fərqlənir – rahat dar libas geyinməyi sevirlər. Onunla döyüşə də, rəqsə də getmək olar. Onlar qırmızı rəngə üstünlük verirlər. Kişi kostyumu hündür dar şalvardan, qırmızı enli kəmərdən, qara və ya qırmızı papaqdan və hündür qaloşlardan ibarətdir. Qadınlar isə uzun qollu, qırmızı-tünd qırmızı çalarlı uzun donlar, üstdən isə çiyinlik geyinirdilər. Kəmər isə ya qara rəngdə, ya da o dövrün naxışları ilə bəzədilmiş olurdu.  

Kartli və Kaxetiya — Gürcüstanın şərqində yerləşən iki regiondur. Onların milli kostyumu olduqca sadədir: kişilər yundan hazırlanmış çuxa geyinir, qadınlar bej və ağ rəngli uzun ipək donlarda gəzirdilər, eləcə də baş örtüyü taxırdılar (dona uyğun, saçları örtən tüllü kiçik bir papaq).

O dövrün zadəganları

Əsilzadələr bir növ yüksək zümrə hesab olunurdu. Onlar öz xarici görünüşlərinə xüsusi əhəmiyyət verirdilər: o dövrün zadəgan qadınları çətin tapılan (ipək) çəhrayı, mavi və ya yaşıl parçalardan tikilmiş don geyinirdilər. Kişilər qırmızı çuxa, satin köynək, hündür qaloş və şalvar geyinirdilər. 

Müəllif: Tessa Basilaşvili

 

Şərh qoy