Son hadisələrlə əlaqədar az qala bütün dünya karantinə bağlanıb. Kimlərinsə evlə məşğul olmaq üçün boş vaxtı yaranıb, bəziləri isə ailəylə daha yaxın olublar. Amma elələri də var ki, artıq bütün əyləncə üsullarını yoxlayıb və daha nə ilə məşğul olacağını bilmirlər. Məşhurların karantində nə iş gördüyünü FRIDAY.az komandası danışacaq.

Koronavirus NBA müntəzəm çempionatını qeyri-müəyyən müddətə təxirə salıb və oyunçular karantin vaxtı özlərini nə iləsə məşğul etməlidirlər. Hazırda ən populyar çellenclərdən biri tualet kağızı rulonunu çiləməkdir. NBA ulduzu Luka Donçiç də bu çellencdə iştirak edib.

“Atlanta”nın oyunçusu Trey Yanq corab və kirli səbətindən istifadə edərək üçxallıq atış üzrə improvizə edilmiş müsabiqə təşkil edib. 

“Evdə oturduğum vaxt atışı belə məşq edirəm”, – Yanq Tvitterdə yazıb.

Bir ətək boş vaxt – ilk növbədə yeni nəsə öyrənmək imkanıdır. NBA-nın MVP oyunçusu Yannis Adetokunbo gitarada ifa etməyi öyrənmək qərarına gəlib. 

Futbolçular da hamı kimi işsizlikdən dəli olurlar: müxtəlif fleşmoblarda iştirak edirlər, tualet kağızını çiləyirlər və əlbəttə ki, rəqs edirlər. Amma “Liverpul”un vitse-kapitanı Ceyms Milner öz vaxtını şübhəsiz ki, faydalı keçirir. Əvvəlcə futbolçu evdəki bütün çay paketlərini bir həftə üçün bölüşdürüb.

Növbəti gün isə Milner faydalı işlərlə məşğul olmağa davam edib, çəmənliyə çıxıb və qazonu biçib. İdeal nəticə üçün futbolçu uşaq qayçılarından və xətkeşdən istifadə edib. 

Özünütəcrid vaxtı məşhurlar özlərini və pərəstişkarlarını bacardıqları qədər əyləndirirlər. “Veçerniy Urqant” şousunun iştirakçısı Aleksandr Qudkov 90-ların populyar “Be My Lover” mahnısına remeyk yazıb və orada 30-dan çox məşhuru toplayıb. “Samoizolyasiya” (“Özünütəcrid”) adlı hit ulduzların ev videolarından montaj edilib. 

Bəzi ulduzlar sadəcə uzaqlara çəkilməyi qərara alıb. Aktyor Aleksey Vorobyov isə ümumiyyətlə hovuzun dibində gizlənib. 

Yerli məşhurlar da öz pərəstişkarlarını diqqətsiz qoymayıblar. Aktrisa Sənurə Cəfərova pəncərədən mahnı oxuduğu videosunu paylaşıb. Hətta qonşulardan biri ona bek-vokalçılıq edib.

Videoblogger Əlixan Rəcəbov karantin dövründə öz daxili “Mən”ini sərbəst buraxaraq bu mövzuda kiçik film də çəkib. 

Müəllif: Davud Qasımov

Şərh qoy