Kəmiyyət hər zaman keyfiyyət göstəricisi deyil. Bəs, insanları bəyənmədikləri şeylərə baxmağa nə məcbur edir?  Biz qınayırıq, onlar isə məşhur olurlar…

 

YouTube Google-dan sonra ikinci ən böyük axtarış mühərriki hesab edilir. Videoların sosial mediadakı önəmi artdıqca, YouTube-dan istifadə daha da artmaqdadır. YouTube-da insanlar müxtəlif istiqamətlərdə-film və musiqi izləyənlər, təlimə və tədrisə qulaq asanlar, yeni işlər öyrənənlər və sair  kimi hissələrə ayrılırlar. YouTube artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir.

Gəlin, görək, Azərbaycan YouTube-da ən çox nələri və kimləri izləyir. YouTube kanallarında ölkəmizdə gündəlik və aylıq baxış saylarını, kimlərə və nələrə baxıldığını izləmək üçün “Stats.video” veb saytına müraciət edə bilərsiniz. Bu saytda YouTube kanallarına baxışa görə kimlərin öndə olduğunu və gün ərzində nə qədər baxış sayı topladığını görə bilərik. Bütün kateqoriyalar üzrə sıralama mövcud olsa da, hazırda adi insanların birdən-birə və mənasız şəkildə məşhurlaşmasının da səbəbi YouTube-dur. Hazırki statistika onu göstərir ki, Azərbaycanda səviyyəli Youtube kanalları yox dərəcəsindədir, lakin baxış sayı bunun əksini deyir.

Biz-Friday.az olaraq, top 5-lik hazırladıq, gəlin, baxaq, top 5-liyin neçəsi faydalıdır;

  1. Kanalın adı “Zevs”dir və bu tip YouTube kanallarının sayı günbəgün artır. Kanalın abunə sayı nə az, nə çox-254K-dır. 29 may 2018-ci ildən etibarən YouTube fəaliyyətinə başlayıb. Əsl adı Ruslan Quliyevdir. Özü haqqında qeyd edib ki, “23 yaşım var. Məqsədim isə Azərbaycanda Youtuberliyi inkişaf etdirməkdir”. Bu zaman sual yaranır, siz baxdığınız videolardan hansı mənanı çıxarırsınız?

  1. Rəsul Abbasov– məşhur azərbaycanlı vinerdir və 665K izləyicisi var. Hazırda kanalında duet ortağı Xana ilə klipləri yer almaqdadır.

  1. Sema Abıyeva-bu kanal isə çox faydalı kanallardandır və hazırda 139 K izləyicisi var.Səma xanım gündəlik həyatımızda bizə lazım olacaq maraqlı və faydalı videolar paylaşır: maskalar, əl işləri, make up və sair.

  1. Damla-əsl adı Məsumə Məmmədova olan, özünü müğənni adlandıran bu şəxsin tam 416 K izləyicisi var. Maraqlısı da budur ki, 416 K insanın musiqi zövqü niyə yoxdur?

  1. İstifadəçi adı “Malik YT” olan bu balaca şəxsin isə 117K abunəsi var. O, YouTube kanalının açıqlama bölməsində özü haqqında yazıb; “Əziz izləyicilərimiz! “Malik Ağazadə OFFİCİAL” YouTube vlog və əyləncəli videolarının rəsmi yayım platformasıdır, balacadan böyüyədək- hər kəsin sevimlisi və əlçatan dərəcədə yüksək keyfiyyətli bir gənc youtuber kanalıdır! Bu kanalın sahibi elə məhz gözəl insanlığı olan, real həyatda kiçiklə kiçik kimi, böyüklə böyük kimi- xoş davranışı ilə sayılan, seçilən hər kəsə olduğu kimi diqqət yetirən, əsl insanlığa önəm verəndir”.

Bu isə, sözün əsl mənasında, uşaqların psixlogiyasına təsir edəcək şəkildə- dəhşətdir. Bu tip videoların baxış sayının çoxluğu isə, həmyaşıdlarının bu videoları izləməsindən irəli gəlir. Sizə tövsiyyəmiz budur ki, uşaqlarınıza onların şüuraltına təsir edəcək mövzularda videolara baxmalarına icazə verməyin. Sözdə özünü keyfiyyətli  YouTuber adlandıraraq məşhurlaşan bu tip insanlar uşaqlara sadəcə pis nümunədirlər və gələcəkdə çox ciddi problemlərə yol aça biləcək potensiala malikdirlər…

Əziz insanlar, bu yazıda olan 5 kanal sadəcə nümunədir. Biri istisna olmaqla,bunlar kimi onlarla kanal istifadəçiləri var. Kimliyindən asılı olmayaraq , ətrafınızın düzgün və insani şəkildə formalaşmağına yardım etmək sizin əlinizdədir. İcazə verin, insanlar daha yaxşı nümunələrlə məşhurluq qazansınlar.”Zövqlər müxtəlifdir” deyimi isə bu mövzuya ziddir. Çünki bu zövq  məsələsi deyil,asudə vaxtını dəyərləndirə bilməyənlərin günahıdır.

Könül Cəfərli

 

 

 

 

 

Şərh qoy