Artıq Rihannanın, Kim Kardaşyanın, Kayli Cennerin və Dryu Berrimorun öz gözəllik imperiyası var. Yeri gəlmişkən, niyə də bu siyahıya ən çox müzakirə olunan müğənni, aktrisa və sadəcə gözəl insan olan Ledi Qaqa da əlavə olunmasın?

Qaqa öz byuti-trendini bu ilin iyulunda buraxıb. Müğənni danışır ki, kosmetika ona hər zaman arzuladığı birinə çevrilməyə kömək edib, – indi o istəyir ki, özünün daha yaxşı versiyasına çevrilmək imkanı başqalarında da olsun.

“Uşaq vaxtı mən heç vaxt özümü gözəl hiss etmirdim. Daxili və xarici gözəlliyimi kəşf etməyə çalışarkən mən makiyajın gücünü aşkara çıxartdım”, – Ledi Qaqa etiraf edib.


Beləliklə, Ledi Qaqa öz Haus Labs brendinin Milad kolleksiyasını təqdim etdi. Onu yaratmaq üçün ilham müğənninin “Ulduz doğuldu” filminin premyerasındakı öz obrazı oldu, oraya o, Qar Kraliçası tərzində uzun şleyfli gümüşü don-plaşda, qırmızı dodaq boyası və libasına uyğun metallik göz kölgəsi və dalğalı saç düzümü ilə gəlmişdi. Yeri gəlmişkən, Ledi Qaqa üçün bu makiyajı Marc Jacobs Beauty-nin vizajistləri yalnız Haus Labs brendindən kosmetikadan istifadə edərək yaratmışdılar.

Qaqanın Haus Of Future Hollywood Collection adlandırdığı kolleksiya Milad bayramı kimi parlayır və bərq vurur. Ona üç vasitə daxildir: maye göz kölgələri – göz qapağı üçün gümüşü folqa, qırmızı dodaq boyası və dodaq layneri.

Haus Laboratories-in missiyası insanların özlərini xaricdən yox, daxildən sevməsidir, makiyajın gücü özündə ən yaxşı cəhətləri tapmaqda kömək etməyə qadirdir. Bu, sadəcə kosmetika deyil. Daha səmimi, cəsur və xoşməramlı olmaq üçün dünyaya qlamur hücumdur.

Yeni il dəstinin qiyməti 49 ABŞ dollarıdır. O, Amazonda və Haus Labs rəsmi saytında satıır.

Ziba Həsənova

 

 

Şərh qoy