Bir çox ölkələr məktəbləri, kollecləri, idman zallarını, restoranları, kinozalları, hovuzları və digər istirahət yerlərini bağladığı üçün sosial təcrid planının koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almağa necə kömək etdiyini başa düşmək vacibdir. İnsanlara məkanlarında qalmaq, sosial əlaqələri azaltmaq, dezinformasiya və şayiələri yaymamaq, eləcə də virusun yayılmasına əngəl olmaq üçün ictimai təhlükəsizliyə üstünlük vermək israrla tövsiyə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və başqa səhiyyə müəssisələri dünyanı “fəth” etmiş koronavirus pandemiyasından sonra sosial təcridolmanı tövsiyə etdilər. Buna baxmayaraq, təhlükəsizlik qaydalarına əməl etməyən insanlar var, onlar inanır ki, yay fəsli COVID-19 virusunu dayandıracaq və onlara heç nə olmayacaq.

FRIDAY.az komandası şəxsi sahənizi necə qorumalı olduğunuza dair kömək edəcək təlimatı təqdim edir.

Sosial təcridolunma nədir?

Sosial təcridolma — ayrı-ayrı şəxslərin yüksək kontagiozlu (yüksək yoluxma səviyyəli) xəstəliyin yayılmasını dayandırmaq və ya yavaşıtmaq məqsədilə müəyyən hərəkətlərini nəzərdə tutan termindir. ÜST-ün fikrincə, ən vacib qayda öskürən və ya asqıran hər kəslə ən azı 1 metr məsafəni qorumaqdır. Dərc edilmiş təlimatla tanış olmaq üçün müvafiq hökumət qurumları və səhiyyə orqanları ilə əlaqə saxlamaq lazımdır.

İşə getməliyəmmi?

Ofislərin bağlanması və əməkdaşların evdən işləməsi ilə bağlı plan barədə menecer və ya işəgötürənlə danışmaq lazımdır. Korporativ sektorun nümayəndələri koronavirus yayılmasına görə öz əməkdaşlarının evdən işləməsinə razılıq veriblər. Bir çox şirkətlər həmçinin şəxsi söhbət əvəzinə virtual görüşlər keçirməyə razı olublar və respirator etiketi də daxil olmaqla, xəstəliklə mübarizə haqqında məlumatlar yayırlar. Şirkətlər həmçinin əsas xəstəlikləri olan əməkaşlarına evdə və digər insanlardan kənarda qalmağı tövsiyə ediblər. Şirkətlər tədbir görüblər ki, səfərlər zamanı xəstələnmiş əməkdaşlar öz rəhbərlərinə məlumat versinlər və əgər lazımdırsa, dərhal tibbi xidmət təşkilatçılarını çağırsınlar. Texnoloji güclərini və sərmayələrini rəqəmsal platformalara daşıya bilən müəssisələr virusun yayılma təsirini azaltmalı və öz şirkətlərinin effektiv işini təmin etməlidirlər. Hətta idman dünyasında da oyunların təxirə salınması ilə əlaqədar durğunluq müşahidə edirik. İnsan kütləsinin toplaşdığı qatarlar, restoranlar, muzeylər və konsert zalları öz qapılarını bağlayır. Tələbələrə də evdə oturmaq məsləhət görülür, onlayn təhsil prioritetə çevrilir.

İctimai nəqliyyatdan istifadə edə bilərəmmi?

İctimai nəqliyyat koronavirus infeksiyası kimi xəstəliklərin yayılmasında həssasdır. Qatar, avtobus və avtomobillərdə səfər etmək respirator xəstəliklərinin yayılması və hətta yoluxma riskini artırmaq üçün idealdır. İctimai nəqliyyatı qaynar yoluxma nöqtəsi kimi dəyərləndirmək lazımdır, çünki virusun ötürülmə səviyyəsi ondan istifadə edən şəxslərdə daha çoxdur. Təyyarə və qatarlar da COVID-19 virusunun sürətli yayılmasına səbəb olur. Uzunmüddətli səfərlər həyata keçirən sərnişinlərin yoluxma ehtimalı hamıdan çoxdur, çünki yoluxmuş şəxslərlə yaxın təmasda olurlar. Məlum olub ki, risk qrupuna məhz şəhərkənarı bölgələrin sakinləri daxildir. Səfərlər zamanı insanlar dezinfeksiyaedici vasitələrdən istifadə etməli, bir-biriləri ilə daha az təmasda olmalıdırlar. Əgər asqırırsınızsa və ya öskürürsünüzsə, mütləq maska taxın. Ən əsası, hökumətin tövsiyələrinə uyğun olaraq, əhəmiyyətsiz səfərlərdən imtina edin.

Ərzaq ala bilərəmmi?

Koronavirus infeksiyasının “gəlişindən” sonra əhalinin aclıq qorxusu yarandı. Hamı mağazalara hücum edərək ərzaq məhsullarının tədarükünü görür, bu da onların piştaxtalardan sürətlə yox olmasına gətirib çıxarır. Hər kəs bilməlidir ki, yerli ərzaq mağazasında hər şeyi alıb bitirmək olmaz. Vəziyyət o qədər kritik deyil ki, tədarükçülər istehlakçıların tələbatını ödəyə bilməsin. Marketlər daha az yüklənsin deyə, sizinlə birlikdə neçə nəfərin gələ biləcəyini düşünün. Uşaqlar yetərincə böyüməyiblərsə, yəqin ki, ərzaq almalı deyillər. Alış-verişə gedərkən səbətin və arabanın qulplarını təmizləmək üçün dezinfeksiya edici vasitə istifadə edin.

Gəzintiyə çıxa bilərəmmi?

İnsanlar bir-birindən təhlükəsiz məsafədə dayanaraq gəzintiyə çıxa bilərlər. Həkimlər təmiz havaya çıxmağı, qaçmağı, amma qrup şəklində toplaşmamağı tövsiyə edirlər.

2019-cu ilin dekabrında Çinin Uhan şəhərində peyda olmuş koronavirus 150-dən çox ölkədə yayılaraq, 200 mindən çox insanı yoluxdurub. ÜST bu infeksiyanı pandemiya elan edib.

 

Şərh qoy