Hamımızın sevdiyi bayramlar yaxınlaşır, deməli, hədiyyələri hazırlamağın əsl vaxtıdır! Bu münasibətlə JW Marriott Absheron Baku hotelində yerləşən, şəhərin ən prestijli spa-mərkəzlərindən biri olan Abşeron Spanın komandası ilin endirimlərini elan etməyə hazırdır. Endirimlərə 60 dəqiqə və daha çox müddətli spa prosedurlarına 40% endirim, fitnes-kluba yarımillik və illik abunə, eləcə də dünyada tanınan Anne Semonin brendinin üz dərisinə və bədənə qulluq məhsullarına 25% endirim daxildir. Endirimlər 25 dekabr 2019-cu ilə qədər davam edəcək.

Absheron Spa & Fitness kompleksi JW Marriott Absheron Baku hotelinin yuxarı üç mərtəbəsində yerləşir. Spa kompleksi 21-ci mərtəbədədir, bədənə və üzə qulluq üzrə müxtəlif prosedurlar üçün beş otaqdan ibarətdir, bura iki nəfərlik lüks prosedur da daxildir. Kardio və ağırlıq məşqləri üçün bütün zəruri avadanlıqlarla təchiz olunmuş rahat fitnes zalı, eləcə də qapalı üzgüçülük hovuzu, cakuzi və Fin saunası hotelin 22-ci və 23-cü mərtəbələrində yerləşir. Burdan Bakının mərkəzinə və Xəzər dənizinə 360 dərəcəlik təsvirolunmaz mənzərə açılır.

Daha ətraflı məlumat əldə etmək üçün, xahiş olunur, bu nömrə ilə əlaqə saxlayın:
T: +994 12 4998877

Şərh qoy