Heç kəsə sirr deyil ki, Gürcüstan qonaqpərvər ölkədir. Və çoxlarını maraqlandırır ki, burda dost, tanış və ya eşq tapmaq olarmı? Gürcülər ta qədimdən qonaqlara səmimi qucaq açmaqları ilə tanınırlar. Əlində xəncər və qonaqlar üçün şərab tutan “Gürcüstanın anası” abidəsini yada salmaq kifayətdir.

Günümüzdə heç nə dəyişməyib, əksinə, insanlar əcnəbilərə qarşı daha həmrəy və tolerant olmağa başlayıb. Bəs siz bir gürcüyə necə xitab edəcəyinizi bilirsinizmi? Gürcü dilində cinslər yoxdur, odur ki, qızlara və oğlanlara eyni cür müraciət olunur:

Qamarcoba salam deməkdir, roqor xar — necəsən?, madloba – çox sağ ol, karqad– yaxşı, naxvamdis — görüşənədək«.

Əgər siz barda bir gürcü kişi ilə söhbətə başlasanız, sizə heç kim qəribə baxmayacaq. Əgər üstəlik, desəniz ki,əcnəbisiz, sizi masaya dəvət edəcəklər, yedirib-içirdəcəklər, məclisin axırında isə siz gürcü mahnılarını öyrənməyə başlayacaqsız. Heç vaxt tanımadığınız gürcü kişiyə “bico” sözü ilə müraciət etməyin, tərcüməsi “qaqaş” deməkdir. Bu cür xitabı yalnız yaxın dost edə bilər.

Əgər bir gürcü sizi qonaq çağırdısa, əmin olun ki, siz komfort zonanızdan çıxmayacaqsınız, sizi astanada ayaqqabı soyunmağa məcbur etməyəcəklər. Evin sahibəsi sizə yedirib doyurmağa çalışacaq və nahar əsnasında uzun söhbət başlayacaq, sizə buranın gözəlliklərindən, mədəniyyətindən və başqa şeylərdən danışacaqlar. Sizə həmişə gecələmək təklif olunacaq və heç vaxt öz evinizə tək yollamayacaqlar.

Gürcü qızlarına gəlincə, onlar olduqca ünsiyyətcildir. Amma bəziləri hələ də əcnəbilərə ehtiyatla yanaşır. Sözün açığı, onlar gürcü oğlanlara da o cür baxırlar. Bu, onların qəribəliyindən deyil, tərbiyəsindən irəli gəlir. Avstraliyalı dostum Kristianın bir dəfə dediyi kimi: “Gürcü qızı həmişə təkəbbürlü və qururludur. Sən ona ətir hədiyyə edərsən, o isə onu əlinə almadan qutunun rənginə baxar və deyər ki, xoşuna gəlmədi. Təşəkkür edər və hədiyyəni götürməz”.

Gürcü qızları saxtalığı sevmir. Özünüz olun və mütləq bəxtiniz gətirəcək. Gürcü qız görünüşcə adekvat biri ilə söhbətə başlayar, sonrası isə sizin özünü ifadənizdən asılıdır.

Gürcülərin qonaqpərvərliyi və ünsiyyətcilliyi ilə bağlı hər şey aydındır, amma bir sual qalır: “Gürcüstanın Anasının” əlindəki xəncər bəs nə üçün lazımdır? Cavab sadədir. Sənə, yaxınlarına hörmətlə yanaşmayan, dinini təhqir edənlər üçün. Amma mənə elə gəlir ki, bu cür hörmətsizlik heç bir ölkədə yolverilən deyil. Odur ki, bir-birinizə qarşı mehriban olun.

Biz sizi hər zaman Gürcüstanda görməyə şadıq!

Mətn: Tessa Basilaşvili

 

Şərh qoy