Bu məqalə əyləncə xarakteri daşıyır. Burda gürcülərin gerçək hekayələri yer alır, onlara iki sual verilmişdi: “Azərbaycanda nəyi bəyənirsiz?” və “Azərbaycanla nəyi assosiyasiya edirsiz?”

Diana, 22 yaş

— Mən tez-tez Azərbaycanda oluram və Azərbaycan mətbəxini çox sevirəm, səhərlər doyumlu səhər yeməyi xüsusilə ləzzətlidir. Buranın təbiəti füsünkardır. Gürcüstanda hər tərəfin dağlıq olmağından yorulursan, Bakıya gələndə isə uzaqlara və Xəzər dənizinə baxarkən gözlər dincəlir. Bir də mənə Azərbaycan xalqının sadəliyi xoş gəlir. İnsanları balaca arılarla müqayisə etmək olar: həm işləyirlər, həm də dincələ bilirlər. Sözün düzü, Azərbaycanı özümə ikinci ev hesab edirəm.

İlya, 21 yaş

— Mən Azərbaycanda olmamışam, amma bu ölkə mənim yadıma badımcan kürüsünü, qara şüşəli, aşağı endirilmiş “Lada”nı salır. Yeri gəlmişkən, azərbaycanlı qızlar çox gözəl və baxımlıdır. Mən ləzzətli paxlavanı çox sevirəm.

Mari, 33 yaş

— Bakını və onun sakinlərini yaxşı yumor hissinə görə sevirəm. Bir də ki, Azərbaycanın paytaxtında azmaq çətindir, səni həmişə hara lazımdısa, aparacaqlar. Dünyanın ən sürətli taksiləri burdadır. Onlar işıq sürəti ilə sizi təyinat məntəqəsinə çatdıracaqlar və çoxlu maraqlı əhvalatlar danışacaqlar. Yadıma gəlir ki, anamla taksidə oturub öz aramızda gürcücə danışırdıq. Biz maşından düşəndə yanımızda oturan qadınlar “Gürcüstandan gəlmisizmi” deyə soruşdular və səmimi gülümsədilər.

Tessa, 18 yaş

— Mağazaya, ya da restorana girəndə azərbaycanlıların hər şeylə maraqlanması xoşuma gəlir: “Burnu halqalı xanım qız, hardan gəlmisiz belə?”. “Gürcüstandan” cavabını verəndə isə deyirlər: “Biz elə bilirdik ki, gürcülər sərt tərbiyə olunurlar”. Bu fikrə birlikdə gülüb, səmimi mühitdə söhbətə davam edirik. Azərbaycanlılar kollektivə tez uyğunlaşır, ən azından, gürcülərlə özlərini rahat hiss edirlər. Qardaş xalqların sevgisi! Bir də qeyd etməyə dəyər ki, bu iki möhtəşəm xalq ət və şaurmanı sevir.

Lika, 25 yaş

— Azərbaycan — parlaq, səs-küylü və maraqlıdır. Niyə? Çox sadə! Boz, bircins binalar və insanlar adamı tez yorur, burda isə onlar əsl bayramdır. Qızlar bütün günü hündürdaban ayaqqabıda gəzə bilirlər, bu da yalnız heyranlıq doğurur. Kişilər Azərbaycanda həmişə qadınlar qədər baxımlıdırlar. Heç kim yağlı saçlarla və kapüşonla gəzmir. Kişilərin həmişə səliqəli saç kəsimi, baxımlı saqqalı olur. Mən işıqforda dayanmış maşınlardan səslənən yüksək musiqini sevirəm. Başqalarının nə düşünməsi önəmli deyil, heç kim ovqatımı korlaya bilməz. Azərbaycanlıların nikbinliyini və İçərişəhərdə gəzişməyi sevirəm.

 

Mətn: Tessa Basilaşvili

Şərh qoy