Çətin ki, ev yeməyinin dadına çata bilən nə isə olsun. Buna baxmayaraq, yemək çatdırma xidmətləri ildən-ilə populyarlıq qazanır. Hazırki həyat ritmi ilə əlaqədar heç də həmişə hansısa yeməyi hazırlamaq üçün vaxt tapmaq olmur. Son hadisələrə görə isə hətta ərzaq almaq üçün evdən mağazaya çıxmaq da arzuolunan deyil. Bu gün FRIDAY.az komandası sizi məyus etməyəcək bir neçə çatdırılma xidməti haqqında danışacaq.

Siyahının başında həm Bakıda, həm də dünyada ən məşhur yemək çatdırılması xidməti olan WOLT dayanır, onun əsası 2014-cü ildə qoyulub. Tətbiqetmənin müştəriləri öz şəhərindəki demək olar ki, bütün restoranlardan yemək sifariş edə bilərlər. Sifarişlər həm vebsaytdan, həm də ios və android üçün tətbiqetmələrdən həyata keçrilir, ödəniş isə yalnız kartladır. Minimal sifariş məbləği 10 manatdır. Çatdırılma qiyməti – 1,5 manat, hər növbəti 500 m üçün — 0,4 manatdır. Sifarişi gözləyərkən tətbiqetmə vasitəsilə kuryerin yerini xəritədə izləyə bilərsiniz. Wolt-un iş saatları restoranlardan asılıdır.

Cari çatdırılma ərazisi:

Gələcəkdə çatdırılma Bakının digər rayonlarına da şamil olunacaq.

Daha ətraflı məlumat: https://wolt.com/ru/aze/baku/article/baku-faq?useActiveLocation

Hər kəs pizzanı sevir. Dünyada üçüncü ən iri pizzeriya olan PAPA JOHN’S sayəsində isə evdə oturaraq bu ləziz təamla özümüzü sevindirə bilərik. Papa John’s 15 pizza seçimi təklif edir və onlardan hər hansı birini sifariş edərkən müxtəlif inqrediyentləri əlavə etmək və ya çıxartmaq olar. Pizzadan başqa, habelə çərəzlər, salatlar, ləziz italyan pastası və qeyri-adi desertlər var. Çoxlu sayda filiallar sayəsində sifarişi şəhərin istənilən nöqtəsindən vermək olar.

Pizzeriyada daima Pizza Party aksiyası qüvvədədir.

Martın 12-dən aprelin 12-nə qədər böyük pizza sifariş edərkən ikincini yarı qiymətə əldə edirsiniz.

Daha ətraflı məlumat: https://www.papajohns.az/ru

Telefon nömrəsi: *7272

Yapon mətbəxini sevən kəsləri “Kioto” onlayn suşi-barı biganə qoymayacaq. Soyuq və isti rolların böyük çeşidi — təqdim olunan onlayn çatdırılma xidmətlərinin hələ az bir hissəsidir. Menyuya həmçinin bir neçə növ şorba (qızılbalıqlı Miso və krevetli Tom Yam), qarabaşaqlı, buğdalı və şüşəşəkilli əriştə ilə yeməklər daxildir. Burda siz hətta pizza sifariş edə bilərsiniz, həm ənənəvi pepperoni ilə, həm də dəniz məhsulları ilə Aralıq dənizi pizzasını.

İş vaxtı: 10:00 — 01:00

Tam menyu və ətraflı məlumat: https://sushi-az.com/shop/roly.

Telefon nömrəsi: (+99450) 598-33-21; (+99470) 598-33-21.

Karantin öz yerində, amma pəhriz və sağlam qidalanmanı heç kim ləğv etməyib. DON’T STOP EAT ləzzətli və düzgün qidalanmaqda sizə kömək edəcək. Burda siz arıqlamaq üçün, çəkini saxlamaq üçün proqram, hətta əzələ kütləsi yığmaq üçün yüksək kalorili rasion seçə bilərsiniz.

Təzə hazırlanmış yeməyi sizə uyğun olan vaxtda gətirəcəklər. Sifarişlərin çatdırılması şəhərin bütün nöqtələrinə həyata keçirilir.

 

Daha ətraflı məlumat: https://dontstop.az/eatru

Telefon nömrəsi: (+99450) 555-25-52.

NEXT LEVEL çatdırılma xidməti sizi yapon və italyan mətbəxinin təamları ilə məmnun edəcək. Şirkətin əsas üstünlüyü budur ki, siz özünüzü evdən çıxmadan aşpaz kimi hiss edə bilərsiz və pizzanı, əriştəni, hətta rolları da özünüz yığa bilərsiniz.

 

Daha ətraflı məlumat: https://nlevel.az/

Telefon nömrəsi: (+99412) 408-65-44; (+99470) 300-14-44.

HUNGRY.AZ çatdırılması sizi ac qoymayacaq. Şirkət çoxlu sayda restoran seçimini təqdim edir. Hazır yeməklərdən əlavə, siz mağazalardan ərzaq sifariş edə bilərsiniz.

Daha ətraflı məlumat: https://hungry.az/ru

Telefon nömrəsi: *7766.

Müəllif: Davud Qasımov.

Şərh qoy