Virusun yayılma təhlükəsi həyat tərzimizə də təsir edib. Son həftədə konsertlər, tamaşalar, mədəni tədbirlər ləğv edildi. Ötən cümə günü gətta FRIDAY.az-ın ənənəvi cümə icmalı yayımlanmadı. Bu səbəbdən komandamız bir sıra maraqlı onlayn aksiyalar fikirləşib ki, onlar mütləq bakılıların ovqatını qaldırar və evdə qalmağa rəng qata bilər.

Onlayn görüşlər və ekskursiyalar

Biz mədəniyyət və maariflənmə dünyasından əhəmiyyətli mövzuları müzakirə etməyi sevirik. Və təbii ki, CultBaku və KulturMultur tərəfindən təşkil olunan görüşlər üçün darıxırıq. Ona görə də bu cür onlayn yığıncaqlara məmnuniyyətlə qoşulardıq. Yaradıcı insanların hekayələrini dinləmək, canlı videoyayımlar zamanı onlara suallar vermək maraqlı olardı. Həmçinin bakılılar üçün Fuad Axundovla şəhər ekskursiyalarına qoşulmaq maraqlı gələrdi. Onları canlı efir vasitəsilə də təşkil etmək olar.

Onlayn konsertlər

Dünya estrada ulduzları öz pərəstişkarlarını məyus etməmək üçün onlar qarşısında çıxış etməyin yolunu tapıblar. Onlayn konsertlər təşkil ediblər və öz hitlərini canlı yayımda ifa ediblər. FRIDAY.az komandası yerli DədəBaba qrupunun konsertini görmək istəyərdi. Yeri gəlmişkən, onlar bu haqda düşünürlər.

Onlayn sərgilər

Hətta evdə oturarkən də incəsənətdən uzaq qalmaq istəmirsən. Bəs nə qədər yeni sərgiləri qaçırmışıq və müasir incəsənət ekspozisiyalarından zövq ala bilməmişik? Fikrimizcə, YARAT onlayn yayım təşkil etsə və istedadlı rəssamların əsərlərindən həzz ala bilsək, maraqlı olardı. Arzu edənlər yüzlərlə olardı.

Uzaqdan yeyib-içmək

“Koronavirusa qədərki” əyyamda dostlar restoranlarda toplaşardı və sevimli yeməkləri sifariş verərdilər. Ləziz təamlar masaya gətiriləndə hamı nuş etməyə başlayardı. Ona görə də biz Wolt şirkətinə “yeyib-içmək” paketləri təşkil etməyi təklif edirik. Müxtəlif ünvanlarda yaşayan dostlar eyni restorandan onlayn yemək sifariş edir, kuryerləriniz isə bütün bunları eyni vaxtda çatdırmalıdır.

Onlayn mafiya

“Mafiya” oyunu bir çox bakılıların sevimlisinə çevrilib. Hətta “Mafiya” klubları da yaradılıb. Amma bütün məkanlar bağlıdırsa, yığışmağa yer də yoxdur. Bəs internet? Əgər “Mafiya” onlayn oynanılsa, oyunçuların rollarını isə aparıcı “şəxsi”yə yazsa, necə olar?  Yaxşı alternativ deyilmi?

Mətn: Nikita Yudin

Şərh qoy