Biz tez-tez bu ifadəni eşidirik: «Hayıf ki, orda deyildim». Bu ifadə Duman qrupunun  Pera Group tərəfindən təşkil olunmuş konsertinə gələ bilməyən bütün pərəstişkarlarına aid edilə bilər. Bütün zal öz kumirləri ilə birlikdə unison mahnı ifa edirsə, bu, adi bir mahnını tarixin və bəlkə də həyatın unudulmaz parçasına çevirir. Konsertdə olarkən nəinki oxumamaq, ayaqlarını yerə vurmamaq və hətta musiqinin ahənginə uyğun hoppanmamaq mümkün deyil. Konsert zalı pərəstişkarlarla dolu idi. Onların hər biri ifaçılara və onların yaradıcılığına sevgi ilə vəhdətdə idilər. Bəli, kütləni yarıb keçmək çətin idi, amma buna dəyərdi.

Duman qrupunun mahnıları olduqca səmimidir və üsyankarlıqla doludur. Onlar mahnılarda ənənəvi motivləri qoruyaraq, müasir rok əlavə etdilər və bununla öz üslublarını doğrultdular (qranj üslubunu saxlamaq çətindir).

Sənətçilər ən sevilən hitləri səsləndirdi və pərəstişkarların xahişi ilə səhnəyə bir daha çıxdılar ki, daha iki mahnı hədiyyə etsinlər. Onların gedişindən sonra autoparty başladı və burada DjRoshka izləyiciləri əyləndirdi.

Bilməyənlər üçün deyək ki, Duman rok-qrupunun əsası 1999-cu ildə qoyulub. Bugünkü gündə də onlar öz pərəstişkarlarını ən möhtəşəm treklərlə sevindirir və xüsusi ovqat bəxş edirlər. Duman qrupu 90-cı illərdə Batuhan, Ari və həmin vaxt Sietlda kollec təhsilini bitirib qayıtmış Kaan tərəfindən yaradılıb. Qrupun doqquz studiya albomu və bir “canlı” albomu var.

Qrupun tərkibi:

  • Kaan Tangöze — vokal, gitara
  • Batuhan Mutlugil — bekvokal, gitara
  • Ari Barokas — bekvokal, basgitara
  • Cengiz Baysal – zərb alətləri

There is no gallery selected or the gallery was deleted.

Aşağıdakı istinadlara keçərək əfsanəvi qrupun yaradıcılığından zövq ala bilərsiniz:

LastFm
SoundCloud
Apple Music
YouTube

Ziba Həsənova

Şərh qoy