Gözəl və baxımlı dırnaqlar müasir insanın sadəcə tərzinin bir hissəsi deyil, həm də yaxşı ovqat deməkdir. Yeni manikür həmişə əhval-ruhiyyəni və özgüvəni qaldırır, həm də bizi özünəinamlı edir, bu da səhhətimizə təsir göstərir. Hazırda ölkədə belə gözəllik salonları çoxdur, oradakı dırnaq ustaları örtük çəkmək üçün müxtəlif texnikalardan istifadə edirlər, dizaynların müxtəlifliyindən isə gözlər qamaşır.

Qadınları ən çox narahat edən sual budur ki, bir dəfədən çox istifadə olunan alətləri işlətmək steril və təhlükəsizdirmi? Amma problemin kökü aradan qaldırılıb, çünki indi bütün salonlarda sterilliyə zəmanət verən xüsusi cihazlar istifadə olunur. Avtoklav və quru istilik sterilizatoru indi ən populyar dezinfeksiya cihazlarından biridir. Avtoklav sayı 6-7-dən çox olan ustaların oturduğu salonlarda, quru istilik cihazı isə daha az usta və alətlər olan gözəllik salonlarında işlədilir.

Friday.az komandası sağlamlığınıza görə narahat olmadan, rahat gedə biləcəyiniz salonların siyahısını sizin üçün hazırladı.

  • ChocoNailsBaku

Ünvan: Təbriz Xəlil Rza oğlu,

  • Nail Art Baku

Ünvan: Xocalı prospekti, Bakı

  • Frenchies Nails Baku

Ünvan: 1009 Balabala Məcidov,

Həmçinin biz Yeni 2020-ci il məzmunlu ən yaxşı dizaynları topladıq.

Yeni dırnaqlardan zövq alın və xırda şeylərdən xoşbəxt olun:*

Müəllif: Leila Yusub

Şərh qoy