Hələ bir neçə il əvvəl insanlar “trol” sözünü eşidəndə nəhəng, qorxunc məxluq təsəvvür edirdilər. Amma dövr dəyişib və indi bu söz fərqli məna alıb. Trol – öz şüurlu hərəkətləri ilə ətrafdakıları çaşqınlığa salan, münaqişələrə və mübahisələrə tətikləyən, eləcə də sosial şəbəkələrdə iftira yayan insana deyilir. Amma heç də bütün trollar neqativ daşımır, onlardan bir çoxları bunu zarafat və ya əyləncə xətrinə edir. FRIDAY.az komandası cəmiyyətin xoşuna gəlmiş ən şən və məzəli trollinqləri tapdı.

Arabalı kişi

Deyə bilərsiz, burda nə var ki, kişi araba ilə gedir. Qeyri-adi olan odur ki, araba Google Maps sisteminə qoşulmuş 99 smartfonla doldurulub, o da avtomatik şəkildə yolda tıxac olduğunu əks etdirir, halbuki reallıqda bu yol tamamilə boşdur. Bu cür orijinal trol alman rəssam Saymon Vekert idi. O, belə proqramların hər yerə müdaxiləsinə qarşı çıxış edir və öz hərəkəti ilə sistemin zəif nöqtəsini göstərərək, öz ideyalarına diqqəti çəkib. Amma təbii ki, bu ideyaların arxasınca heç kim getmədi. Lakin Google Maps bütün dünyada gülüncə çevrildi.

Gözəgörünməz maneə

Bir çox ardıcılların təkrarladığı yetərincə məşhur trollinq növü gözəgörünməz maneənin aşılması idi. Trollar boş yerin üstündə baryer olduğunu imitasiya edirdilər, xəbərdar olmayan “qurban” şəxslər isə o baryeri aşaraq keçirdilər. Ən məzəlisi isə, piyada keçidində olan (“zebr”) trollinqlər idi. Təbii ki, bu da yollarda ləngimələrə səbəb olub, amma bu cür videolar böyük populyarlıq qazanıb.

Fotoşop-trol

Ceyms Fridman fotoşop-troldur. O, bu “titulu” sosial şəbəkələrdəki əməllərinə görə qazanıb. Bir çox istifadəçilər ona öz fotoşəkillərini göndərirlər və onu necə dəyişdirmək istədiklərini deyirlər. Amma Ceyms Fridman foto ilə öz lazım bildiyi kimi davranır və gülməli və məzəli şəkillər yaradaraq, əsas personajları lağlağıya çevirir. Bu isə insanların xoşuna gəlir.

Redkliffin geyimi ilə trollinq

Harri Potter kimi tanınan aktyor Deniel Redkliff artıq sevdiyimiz filmdəki o mülayim oğlan deyil. O, böyüyüb, uğurlu aktyora çevrilib, amma mətbuatla münasibətləri o qədər də ürəkaçan olmayıb. Deniel dəfələrlə şikayət edib ki, paparazzilər onu təqib edir və adi həyat yaşamağa mane olurlar. Amma bir dəfə aktyor onları əməlli-başlı trollinq edib. Yarım il ərzində Redkliff çölə çıxarkən eyni gödəkçə, mayka və papağı taxıb. Bununla da o, bütün fotoşəkillərdə eyni görünməyə başlayıb, bu isə jurnallarda dərc edilmək üçün tamamilə maraqsızdır. Aktyor bir müddət sonra etiraf edib: “Jurnalistlərin məyusluğunu müşahidə etmək mənə həzz verirdi”.

Hollivud trolu

Hollivud ulduzları arasında da bir trol var ki, hətta Deniel Redkliff də ona çata bilməz. Onun adı Rayan Reynoldsdur. O, tez-tez sosial şəbəkələrdə öz həmkarlarını, dostlarını və hətta arvadını trollinq edir. Amma onun həyat yoldaşı ilə sonuncu trollinq-batlı bütün internetdə müsbət emosiyalar burulğanı yaratdı. Qayğıkeş ər sevimli arvadının 30 yaşı tamam olduğu gün onu diqqətsiz qoymadı. Bu isə yalnız Rayanın özünün yaxşı düşdüyü fotoşəklə başlıqdır:

“Doğum günün mübarək, mənim heyranedici arvadım”.

Amma onun həyat yoldaşı borclu qalmadı və Rayanın doğum günündə belə bir başlıqlı foto paylaşdı:

“Doğum günün mübarək, körpə”.

Mətn: Nikita Yudin

Şərh qoy