FİFA və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 ilə mübarizə məqsədilə məlumat platformasını işə saldılar.

Kampaniya insanların səhhətini qorumaq üçün beş vacib addım haqqında məlumatın yayılmasını hədəfləyir:

  1. Əlləri tez-tez yumaq, ən pis halda onları dezinfeksiyaedici salfetlə silmək.
  2. Öskürək zamanı ağzı düzgün örtmək.
  3. Əllərlə üzə toxunmamaq.
  4. İnsanlardan təhlükəsiz məsafədə dayanmaq.
  5. Səhhət pisləşəndə evdə qalmaq və təcili yardım çağırmaq.

13 dildə videoçarxların yayılması üzrə kampaniyada futbol dünyasından 28 nəfər iştirak edib, onların arasında “Rostov”un baş məşqçisi Valeriy Karpin, “Barselona”nın hücumçusu Lionel Messi, “Yuventus”un qapıçısı Canluici Buffon, “Barselona” və “Anji”nin keçmiş forvardı Samüel Eto′O, “Qalatasaray”ın hücumçusu Radamel Falkao və başqaları var.

Hazırda Avropanın bütün aparıcı futbol çempionatları koronavirus infeksiyasının yayılmasına görə dayandırılıb.

Müəllif: Jaklin

Şərh qoy