Martın 21-i Bakıya əfsanəvi Boiler Room (BR) qayıdır. O, özü ilə unikal və hələ ki, heç kimə məlum olmayan bir şey gətirir. Əgər ötən il martın 19-u BR yerli sənətçilər İsfar Sarabski və İrşad Hüseynlə ilk Bakı şənliyini keçirmişdisə, bu dəfəki line-up hələ məlum deyil.

Amma gəlin, başdan başlayaq, BOILER ROOM nədir?

Boiler Room – canlı musiqini bütün dünyaya yayımlamaq imkanı yaradan onlayn platformadır. Əgər qısa desək, əslində o, pulsuz şənliklərdir, ora yalnız dəvətlə gəlmək olar və baş verənlər bütün dünyaya yayımlanır.

BR 2010-cü ildə Şərqi Londonun şəhərətrafında yaranıb. Bir neçə dost layihənin ideya və mənəvi lideri olan Bleyz Bellvillə birlikdə açıq boyler otağı olan köhnə qazanxananın kiçik bir məkanında yeni, maraqlı musiqini yayımlamağa başladılar.  Uşaqlar orda hər çərşənbə axşamı yığışıb musiqi ifa edirdilər. Beləcə divara kiçik bir veb-kamera bərkidərək həftədə bir dəfə onlayn yayım etmək ideyası yarandı.

BR-un prodüserlərindən biri Cek Hard onların auditoriyasının sürətlə böyüyərək on minlərlə insana çatması barədə danışdı. Həmin vaxt komanda dərk etdi ki, onlar çox xüsusi bir şey edirlər.

 

Əsl Boiler Room-un başlıca özəlliklərindən biri – qonaqların təsadüfi yığılmasıdır. Sən heç vaxt şənliyə düşüb-düşməyəcəyini bilmirsən. İnvayt (dəvətnamə) ünvanla birlikdə şənlikdən cəmi bir neçə saat əvvəl gəlir. Özü də qonaqların seçimi həqiqətən də təsadüfidir. Çıxış edən sənətçilər öz dostlarını, BR isə özününküləri çağırır. Bundan başqa, şənlikdə iştirak üçün minlərlə müraciət var, ona görə də biletlər təsadüfi qaydada göndərilir. BR dostları dəvət edərək azadlıq və rahatlığın ab-havasını yaradır, bu zaman sənətçi öz könlünə xoş olanı ifa edir.

Doja Cat

İndi də yolun başlanğıcında olduğu kimi, BR – hər kəs üçün azad meydançadır. Ona görə də sənətçilər pulsuz çıxış edirlər.

Bütün Boiler Room şənlikləri onlara inanan tərəfdaşlar tərəfindən maliyyələşdirilir.

BR-un daha bir cəhəti odur ki, insanlar DJ pultunun ətrafında rəqs edirlər, o, məkanın düz ortasında yerləşir. Kamera məhz pulta yönəlir. Bu, intim mühitin yaradılması üçündür ki, sənətçi özünü şənliyin bir hissəsi kimi hiss etsin. Sanki o, kiminsə yataq otağında ifa edir.  Və hətta sən yayıma baxırsansa da, şənlikdə iştirak effekti yaranır, sanki sənin öz yataq otağında çıxış edirlər.

 

2016-cı ildə Boiler Room öz mini-filiallarını Berlin və Nyu-Yorkda açıb. İndi musiqiyə sevgi Londonun hüdudlarından xeyli kənara çıxır. Hər meydançanın öz kuratoru var, o, məkanda bütün baş verənlərə məsuldur: bütün yayımların təşkilindən tutmuş layn-apın (çıxış edən sənətçilərin siyahısı) müəyyən edilməsinə qədər. Ən maraqlısı budur ki, komandada olan melomanlar dünya səhnələrini araşdırırlar ki, yeni səslənişləri və aztanınan istedadlı sənətçiləri tapsınlar. Bundan başqa, BR-un gəldiyi hər ölkənin öz entuziastları var, onlar ölkədəki yeniliklərdən bəhs edirlər.
Boiler Room – qəlbləri, ruhları və şüurları birləşdirən dünya musiqi mədəniyyətinin böyük bir hissəsidir. O, musiqiyə sevgidən daha böyükdür, o, ruh halıdır.

21 mart saat 21:30-da Elektra Events Hall-da musiqi magiyası qəlblərimizi canlı sevgi və güclü enerji axını ilə birləşdirəcək. Boiler Room SEKTOREİGHT ilə əməkdaşlıq çərçivəsində bu musiqi sessiyasını bir il əvvəlkindən daha möhtəşəm etməyi vəd edirlər.

Biletin qiyməti: 20 manat.

Burdan ala bilərsiz: iticket.az

Mətn: Nigina Buranova

 

Şərh qoy