İndiki dövrün gəncliyi bir qədər fərqlidir: o, dünyanı özünəməxsus şəkildə görür və onu öz yaradıcılığında canlandırır. Bu, musiqi, dəb və ya incəsənət ola bilər. Lakin bu yaxınlara qədər onun nümayəndələri özləri barədə dünyaya bəyan etməyə və öz əsərlərini nümayiş etdirməyə imkan tapmırdılar. Hər şey Bazarduzu-dəki uşaqların təşkil etdiyi yeni formatlı yarmarkaların peyda olması ilə dəyişdi. FRIDAY.az komandası bu yarmarkaların yaradıcıları olan İslam Abbasov və Hadi Misrixanova ilə görüşüb Monomax papağının nə qədər ağır olduğunu öyrənməyə çalışdı.

— Deyə bilərsinizmi, bu cür yarmarkaları keçirmək ideyası necə yarandı?

— Bizim elədiyimiz şey tam olaraq yarmarka deyil. Sadəcə bu söz ictimaiyyətə tanış olduğu üçün ondan istifadə edirik. Burda pop-up sözü daha çox uyğundur, hərçənd biz özümüzü belə bəyan etmirik, gənc rəssam və musiqiçilər üçün meydança və ya platforma təşkil edirik. Öz tədbirlərimizdə üç istiqamətdə inkişaf etməyə çalışırıq: musiqi, dəb və incəsənət. Hazırda bu istiqamətlərlə məşğul olan gənc, istedadlı uşaqların özlərini təqdim etməsi çətindir. Heç də bütün dizaynerlərin öz mağazalarını açmaq imkanı yoxdur, heç də bütün rəssamlar sərgi təşkil edə bilmir. Biz başa düşdük ki, ölkəmizdə onları bir dam altında birləşdirəcək platforma yoxdur. Ona görə də biz bu sahəni tutmağı qərara aldıq. Müxtəlif formatlarda tədbirlər keçirə, konsepti dəyişə bilərik, amma bir şey dəyişməz qalır – yaradıcı gəncləri dəstəkləmək.

— Yarmarkaları keçirəcəyinizə qəti qərar verdiyiniz anı xatırlayırsınızmı?

— Biz Hadi ilə artıq bir neçə il idi ki, tanış idik. Amma bir dəfə bir şənlikdə görüşdük və orada bu ideya yarandı. Elə ordaca ad və loqotipi düşündük. İşə başladıq. Nəticədə ilk yarmarkanı Passage 1901-də keçirtdik. Birinci dəfə üçün yaxşı alındı. Çoxlu sayda gənclər, eləcə də sərgi ilə gerçəkdən maraqlananlar gəmişdi. Hamının xoşuna gəldi. Həmin an bizim üçün müsbət rəylər çox vacib idi.

✨Həyat – bir andı✨Anlıq – hisslərdirHəyatın ən parlaq hisslərini @bazaarduzu POP-up yarmakasında bu bazargünü saat 14:00-21:00 @barrelplayground əldə edin✨✨Жизнь – это мгновения. ✨Мгновения – это эмоции.Получите самые яркие эмоции на POP-UP @Bazaarduzu в это воскресенье с 14:00 до 21:00 в @Barrelplayground ✨ #baku #azerbaycan #fashion #art #music #fair #popup

Gepostet von Bazarduzu am Donnerstag, 26. September 2019

— İlk yarmarkanın təşkilində ən çətin şey nə idi?

— Handicraft komandası bizi ilk tədbirin təşkilində dəstəkləmişdi — buna görə onlara minnətdarıq! Onların artıq belə bir işdə təcrübəsi var idi. Ən çətini gənc dizaynerlərə niyə bu yarmarkada iştirak etməli olduqlarını izah etmək idi, çünki buna qədər bu cür formatda uğurlu meydançalar olmamışdı. Əvvəlcə biz öz məhsullarını orta qiymətə satan dizaynerlərə yönəlmişdik və bahalı dizaynerləri cəlb etməyə ehtiyat edirdik. Amma məlum oldu ki, əbəs yerə. Xalqımız seçicidir və qiymətə baxmadan, keyfiyyətli məhsula üstünlük verir. Həmçinin izah etməyə çalışırdıq ki, əgər nəsə sata və öz iştiraklarını ödəyə bilməsələr də, heç olmasa, öz auditoriyaları ilə ünsiyyətdə olacaqlar, onların nəyi bəyənib-bəyənmədiyini başa düşəcəklər. Amma bütün çətinliklərə baxmayaraq, ilk yarmarka möhtəşəm keçdi. Bir çox dizaynerlər üçün bu, əla təcrübə idi. Bəziləri öz məhsullarını gözəl qablaşdırmışdı və bu da satışa müsbət təsir edirdi, başqaları isə stendlərə satıcıları təyin etməyib özləri şəxsən iştirak edirdilər, çünki ziyarətçilər məhz onlarla söhbət etmək istəyirdilər.

— Gələcəkdə necə inkişaf etməyi planlaşdırırsınız?

— Yeni yarmarkalar keçirmək istəyirik, amma bunun üçün bazarı təhlil etmək və nələrin aktual olduğunu müəyyən etmək lazımdır. Gələcəkdə fərqli formatda, amma yenə də gənclərə yönəlmiş daha bir neçə layihə planlaşdırılır. Bundan başqa, komandamızı genişləndirmək istəyirik, çünki hər şeyin öhdəsindən gəlmək çətindir. Biz həmfikirlərin, layihənin öz ideyasına maraq göstərən və motivasiya olan şəxslərin axtarışındayıq.

— Yeni layihə haqqında danışa bilərsiniz?

— Azərbaycanda musiqi yazmaq istəyən gənclərə yönəlmiş layihə üzərində işləyirik. Hər birimiz elektron səhnənin musiqiyə necə təsir etdiyini başa düşürük. Arzu edən hər kəs yaza bilər, təkcə gənclər yox. Rusiya və Gürcüstandan musiqi məktəblərinin nümayəndələrini dəvət etmək istəyirik. Kurslar təşkil olunacaq ki, orada gənc musiqiçilərə musiqinin necə yarandığı və xüsusi aparaturaya necə yazıldığı göstəriləcək. Onların müxtəlif alətlərdə ifa etmək və əsl peşəkarlardan biliklər əldə etmək imkanları olacaq. Ölkəmizdə müasir musiqini inkişaf etdirmək vacibdir. Son illər o, əhəmiyyətli təkan əldə edib, müsbət dəyişikliklər görünür, amma bunun üzərində dayanmaq olmaz. Ona görə düşünürəm ki, bu layihə maraqlı olacaq. Həmçinin art-industriya ilə əlaqədar layihə yaratmaq planı var, amma o hələ işlənib hazırlanma mərhələsindədir.

— Gənclərə nə tövsiyə edərdiniz?

— İndividuallığınızı qoruyun, trendin xeyrinə kor-koranə öz tərzinizdən imtina etməyin, amma elektronikanın təkamülünü də izləmək lazımdır ki, zəmanəmizlə ayaqlaşa biləsiniz. Qərb indi bütün planetin önündədir. Orda hər şeyin ən maraqlısı və kreativi yaradılır, onları da ölkəmizdə adaptasiya etmək olar.

— Bizdə Avropada olmayan gənclik istiqamətləri varmı?

— Azərbaycan gəncliyi özü özlüyündə unikal və istedadlıdır. Əgər o, özünü daha azad inkişaf etdirə bilsə, onda hər şey alınacaq. Sadəcə bunun üçün zaman və özünü təqdim etmək üçün platformalar lazımdır. Artıq toy bazarından çıxaraq keyfiyyətli klabbinq, prodüssinq, festivallar və s. istiqamətində hərəkət etmək lazımdır. Tezliklə hər şey dəyişiləcək, bir qədər gözləmək lazımdır.

Mətn: Nikita Yudin

 

Şərh qoy