2015-ci ilin mayında Azərbaycanda ölkədə Moda həftəsinin keçirilməsinin əsasını qoyan Azerbaijan Fashion Week-in birinci mövsümü baş tutdu. Bu irimiqyaslı layihə ölkədə ilk fashion-bazarın meydana gəlməsinin əsas səbəbi oldu, çünki o dövrdə mövcud olan azsaylı dizaynerlər öz fəaliyyətlərini pərən-pərən həyata keçirirdilər və öz təşviqləri üçün böyük əmək sərf edirdilər. Azerbaijan Fashion Week moda sahəsində fəaliyyət göstərən hər bir kəsin əməyini birləşdirən bir meydançaya çevrildi və dizaynerləri, bayerləri, yerli və xarici mətbuatı, eləcə də paytaxtın dəblə ayaqlaşan bütün sakinlərini bir araya gətirən platforma oldu. Mövcud olduğu on mövsüm ərzində Azerbaijan Fashion Week Azərbaycanda ən önəmli dəb hadisəsi statusunu qoruyub saxlamağı bacarmışdır.

Noyabrın 22, 23 və 24-ü  AFW-in ənənəvi meydançasına çevrilmiş Daş Salnamə Muzeyində ölkənin rəsmi moda həftəsinin – Azerbaijan Fashion Week-in 10-cu yubiley mövsümünün nümayişləri baş tutacaq. Və bu dəfə də fashion dünyasının ən maraqlı və parlaq adları seçilən tamaşaçılara təqdim olunacaq.

Azerbaijan Fashion Week-in 10-cu mövsümünün iştirakçıları arasında çoxsaylı beynəlxalq qonaqların adları var. AFW partnyorları – Oriental Fashion Show qonaqlara üç dizaynerin kolleksiyasını nümayiş etdirəcək – Faiza Antri Bouzar (Əlcəzair), Fatima Zahra Idrissi (Mərakeş) və Hind Morad (Mərakeş). Günəşli Özbəkistan eyni anda dörd brendin yaradıcılığı ilə təmsil olunacaq – Elmira Batyrova, Art by Sofia, Nadi Nur və Suhrob Habib Mens. Azərbaycanlı izləyicilərin artıq sevimlisinə çevrilmiş Qazaxıstan dizaynerləri  Alex Chzhen, Botaya, Tarbiya, Nomad Homme + və A-Sain Kids yenidən öz kolleksiyalarını təqdim edəcəklər. Qonaqpərvər Gürcüstanı dizaynerlər Mak Mari və Kashen, Rusiyanı isə – Ayza və Nikita Okishev təmsil edəcək.

Əlbəttə ki, Azerbaijan Fashion Week keçirildiyi bütün günlərdə ayrıca bir blok sayları günü-gündən artan azərbaycanlı dizaynerlərə həsr olunacaq. AFW-in 10-cu mövsümü çərçivəsində özlərinin 2020-ci ilə aid yaz-yay kolleksiyalarını Noora, Gunel Behbudova, Ulker Hasanova, Shan Atelier, GM Fashion, Giedi, RM Couture, Velour və ötən mövsümün əsas kəşfi – Scandar təqdim edəcək.

Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hal almış Showroom Аzerbaijan Fashion Week keçiriləcək, o, butik sahiblərinə, bayerlərə, mətbuata və Həftənin qonaqlarına dizaynerlərlə birbaşa ünsiyyətdə olmaq, mövsümün yenilikləri barədə öyrənmək, yeni adlar kəşf etmək, vasitəçilərin uzun zəncirindən yan keçərək və vaxta qənaət edərək qarderob üçün yeni şeylər tapmaq üçün imkan yaradır. Məhz bunlar Showroom Аzerbaijan Fashion Week keçirilməsinin əsas məqsədləridir.

Əlavə məlumat almaq və mətbuat akkreditasiyası üçün press@afw.az ünvanına müraciət edin

Şərh qoy