Azərbaycanın retro musiqiləri kimi filmləri də bizdə çox dərin izlər buraxıb və uzun zaman keçsə də, sevə-sevə izləyirik.

Hazırda karantin müddəti davam etmişkən izləmədiyimiz filmlərə baxaraq, həm

zamanımızı gözəl keçirə, həm də həmin filmlərin tarixini öyrənə bilərik.

Bu səbəbdən də biz-Friday.az komandası olaraq, ən baxımlı Azərbaycan filmlərindən beşini

seçib, araşdırıb sizə təqdim edirik;

  1. ”Bəyin Oğurlanması”

“Bəyin Oğurlanması” tammetrajlı Azərbaycan bədii filmidir. Ssenari müəllifi Mövlud Süleymanlı, rejissorları isə Ceyhun Mirzəyev və Vaqif Mustafayevdir.

Film 1985-ci ildə televiziyada ekranlaşdırılıb və “Azərbaycanfilm” kinostudiyasının məhsuludur.

Kinokomediya, hər şeydən əvvəl, insan səadəti, səadət uğrunda mübarizə

haqqındadır. Film “musiqili komediya” janrındadır. Burada iki hadisə yer alır və bunlar paralel olaraq baş verir. Birincisi, rejissorun yaratmaq istədiyi süni toy səhnəsi və

səhnənin təbii alınmaması. İkincisi isə, həmin kənddə olan əsl toy nəticəsində

çəkilən kadrlar. Filmdə “kənd həyatı”nın maraqlı epizodları da yer alır və indi

də sevilərək izlənilir.

  1. ”Ölsəm, bağışla”

 

“Ölsəm, bağışla” filmi ll Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edir. Dram janrında çəkilmiş bədii filmin rejissoru Rasim Ocaqovdur. Filmdə məhəbbət, haqsızlığa qarşı mübarizə, ölüm, dram kimi mövzular bolluca yer alıb.

Təsvir olunan məhəbbət elə bir məhəbbətdir ki, insanı şərdən, pis əməllərdən

arındırır. Baş rolda yer alan Fəxrəddin Manafov “Yusif” rolunda iştirak edir və

bütün haqsızlıqlarla tək başına mübarizə aparmalı olur. Lakin o, filmdə xasiyyətcə

çox ağır və mülayim idi.

Müharibə bitdikdən sonra Yusifə xəbər çatır ki; atası dünyasını dəyişib və sevdiyi

qız başqası ilə evlənib. Yusif bu hadisələrə tab gətirməyə çalışsa da, bacarmır…

  1. ”Bəxt Üzüyü”

 

“Bəxt Üzüyü” filmi 1991-ci ildə ekranlaşdırırlıb. Rejissoru Ramiz Əzizbəyli, ssenari müəllifləri isə Ramiz Əzizbəyli, Vaqif Səmədoğlu və Orxan Fikrətoğludur. Filmi “Qara Qayafilm” studiyasında ərsəyə gətiriblər. Filmdə əhvalatlar Saranın

bəxt üzüyünü itirməsi ilə başlayır. Üzüyün itməsi təkcə Saranın bəxtinin yox, bütün xalqın bəxtinin itməsini simvolizə edirdi.

“Moşu kimilər” isə özlərini aldadaraq, qafiyə uyduraraq, “xoşbəxtlik” axtarışına çıxırdılar.

Filmin çağırışı isə belə idi: “Siz insansınız, diqqətli olun, bir-birinizə laqeyd

qalmayın, siz əşya deyilsiniz, saqqıza aldanmayın…”

  1. ”Böyük Dayaq”

Film 1962-ci ildə rejissor Həbib İsmayılov tətəfindən ekranlaşdırılıb və

“Azərbaycanfilm” kinostudiyasında istehsal edilib.

Filmdə kənd təsərrüfatı, dəyişikliklər, müasir kənd adamlarından, onların yaşam

tərzindən, demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Film “dram” janrındadır və Mirzə İbrahimovun eyni adlı əsəri əsasında çəkilib.

Filmdə ciddi siyasi, tərbiyəvi və əxlaqi problemlər, kənd təsərrüfatı və

digər mövzular ön plana çəkilib, qayəsi isə: “Yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına

qoyduqları məqsədə çata bilər…”

  1. ”Şərikli Çörək”

Film 1969-cu ildə rejissor Şamil Mahmudov tərəfindən çəkilib və ssenari müəllifi

Alla Axundova olub. Film ll Dünya müharibəsinin son günləri və müharibədən bir neçə ay sonra uşaqların çətin, fərəhsiz həyatından bəhs edir. Filmin böyük

hissəsi İçərişəhərdə-“Böyük Qala” küçəsində çəkilib…

Bizə verilən bu vaxtı səmərəli keçirək və Azərbaycan inciləri olan bu dəyərli

sənət əsərlərini izləyək, yaşadaq, onları unutmayaq. Araşdıraraq öyrənək və

gələcək nəsillərə ötürək…

 

Dadaşova Asiman

Şərh qoy