Biz gündən-günə inkişaf etməkdə olan Azərbaycanda yaşayırıq və digər inkişaf etmiş ölkələr kimi, vətənimizin daha çox tanınmasını istəyirik. Bunun üçün xeyli

sənət növündə özünü təsdiq etmiş sənətkarlarımız var və müxtəlif peşələrdə təsdiq etdiyimiz bacarıqlarımız ilə

yavaş- yavaş tanınırıq. Müxtəlif ölkələrin musiqilərinin bütün dünyada gündəm olması və yayılması da artıq

təəccübləndirmir.

Bəs, Azərbaycan musiqiləri dünya ölkələri arasında nə dərəcədə yayılıb və dinlənilib? Yayılıbsa, bunlar hansı musiqilərdir və nə qədər baxış sayı əldə edib?

Məhz bu məqaləmiz Friday.az komandası tərəfindən Azərbaycan musiqilərinin nə qədər tanınmasını, baxış sayının nə qədər olduğunu öyrənmək məqsədilə hazırlanmışdır.

  1. 2018-ci ildə çıxmış Üzeyir Mehdizadənin bu videosu baxış sayı 100 milyonu keçmiş ilk musiqi videomuzdur.

  1. 2019-cu ildə çıxmış Şəbnəm Tovuzlunun bu videosu 38 milyon baxış sayını keçmişdir.

  1. 2017-ci ildə çıxmış Şəbnəm Tovuzlunun bu videosu 34 milyonu keçərək çətin bir işi gerçəkləşdirib.

  1. 2019-cu ildə çıxmış Ramin Ədalətoğlu ft Niyaməddinin “Umud” videosu isə 31 milyonu keçərək az baxış sayı əldə etməyib.

  1. Talıb Tale ise 28 milyon baxış sayını keçərək siyahıda 5-ci olaraq yerləşmişdir.

  1. 2017-ci ildə çıxmış Zamiq Hüseynov-“Kaman”, 2019-cu ildə çıxmış Sevil, Sevinc & Nurlan Təhməzli “Mashup”, 2019-cu ildə çıxmış Sevil, Sevinc & Dj Roshka-“Azeri mashup”, 2018-ci ildə çıxmış Murad Arif & Ramil Nabran-“Oppalara” adlı musiqi videoları isə 25 milyonu keçməyə nail olublar.

  1. 2019-cu ildə çıxan Vəfa Şərifova-“Uzaqlaşmaq istədim”, 2018-ci ildə çıxmış Tural Davudlu-“Ay zalım”, 2019-cu ildə çıxan Fərhad Xəlil-“Badamı” adlı videoları 24 milyonu keçərək siyahıda 6-ci yerdə qərarlaşıblar.

  1. 2018-ci ildə çıxmış Üzeyir Mehdizadə (2017 albom)-“Abi”, 2019-cu ildə çıxmış Ülviyyə Namazova-“Biri var”, 2016-cı ildə çıxmış Üzeyir Mehdizadə (2015 albom)-“Əlvida keçmişim” adlı musiqi videoları 22 milyon baxış sayını keçib.

  1. 2016-cı də çıxmış Miri Yusif & Röya-“Səndən bir dənədir”, 2018-ci ildə çıxmış Vasif Əzimov-“Dərdimi dinlə”, 11 ay əvvəl çıxmış Ülviyyə Namazova-“Xəbərdarlıq edirəm” adlı musiqi videoları 21 milyon baxış sayısını keçməyə nail olub.
  2. 2018-ci ildə çıxmış Talıb Tale-“Cavanlıq”, 2019-cu ildə çıxmış Damla-“Popuri” adlı musiqi videoları isə 20 milyon izləmə sayını keçərək, siyahıda sonuncu olaraq qərarlaşıb…

Qeyd edək ki, siyahıda olan hər bir mahnı müasir dövrdə

çıxmış və kifayət qədər izlənilmişdir. Bu isə o deməkdir ki, Azərbaycan musiqisi və incəsənəti gün keçdikcə inkişaf edir. Bu kimi çox baxış sayı əldə etmiş mahnı videoları bizi çox xoşbəxt edir.

 

10 milyon baxış sayını keçmiş musiqi videolarımız da kifayət qədərdir.

Ancaq biz siyahıda, sadəcə 20 milyon baxış sayını keçmiş videoları qeyd etmişik.

Məqaləmizi oxuduğunuz üçün hər birinizə təşəkkür edirik.

Şərh qoy