COVID-19 virusu art-bazarda yeni başlayan rəssamlara bilavasitə təsir göstərib. Hələ pandemiyaya qədər cüzi gəlir əldə edənlər indi öz əsərlərini satmaq üçün kommersiya yerlərindən məhrum olublar. Məsələ isə bundadır ki, bir çox qalereyalar, hərrac evləri və rəsm yarmarkaları bağlanıb. Hazırda “Rəssamlara dəstək öhdəliyi” adlı yeni təşəbbüs koronavirus infeksiyası ilə bağlı bəzi iqtisadi çətinlikləri yüngülləşdirməyə və rəssamlar icmasında həmrəylik hissinə təkan verməyə yönəlib.

Britaniyalı rəssam Metyu Berrouz tərəfindən düşünülmüş sxem səxavət prinsipinə əsasən işləyir. İştirak edən rəssamlar satmaq istədikləri əsərləri İnstaqramda #artistsupportpledge teqi ilə paylaşırlar. Hər rəsm əsəri cüzi qiymətə olur — 200 funt-sterlinqdən (396,10 manat) çox olmayaraq. Berrouzun ArtNet-ə dediyinə görə, bu, təşəbbüsü “yoluxucu” etmək üçündür. Tranzaksiyalar hər rəssamın elektron kommersiya platformasından həyata keçirilir. Və əgər satışların ümumi həcmi 1000 funt-sterlinqə çatırsa, (1980,50 manat), onlar 200 funt-sterlinqi digər rəssamın əsərinə xərcləməyi vəd edirlər.

 

Şərh qoy