Restoran və kinoteatrlara ziyarət, eləcə də şəhərdə gəzintilər artıq bezdirməyə başlayıb. Elə deyilmi? Könlümüz yeni emosiyalar tələb edir, dostlarla görüşləri isə daimi yığıncaqlardan kənara çıxarmaq istəyirik. Qış da ciddi problem deyil. Hətta soyuq vaxtı da həftəsonlarını rəngarəng etmək olar. Odur ki, FRIDAY.az komandası maraqlı əyləncələrin siyahısını hazırlayıb. Yeni macəralara “hə” deyin!

 

At minmək və ya polo oynamaqla aranız necədir? Bəli-bəli, Elite Horse and Polo Club -da atçılıq idman növünün yaranması ilə tanış olmaq, polo oynamağı öyrənmək və sadəcə at minmək olar. Bundan başqa, klubda rus, Azərbaycan, ingilis dillərində ekskursiyalar keçirilir. Atçılıq klubunun sahəsi 26 hektardır, balaca ziyarətçilər üçün isə “poni klubu” var. Ən maraqlısı budur ki, siz cavan atların təlimində, yarışlara və müsabiqələrə hazırlanmasında iştirak edə bilərsiz. Ərazidə kafe fəaliyyət göstərir. Klub hər gün saat 10:00-dan 19:00-dək işləyir. Yeri gəlmişkən, qabaqcadan qeydiyyata düşmək lazımdır.

Ünvan: Mərdəkan şossesi, Binə qəsəbəsi

Əlaqə: (+994 50) 242-01-65; (+994 50) 432-88-91.

 

Bulvar velosipedlə gəzinti üçün çox darısqaldır. Ona görə də sürət yığıb küləklə sürmək üçün BMX Velopark Baku-ya yollanmaq olar. Bu ərazi 30 hektardır, yolların ümumi uzunluğu 15 kilometr təşkil edir. Velozona “Dostluq” parkında yerləşir.

Ünvan: Salyan şossesi, 10

Əlaqə: (+994 12) 404 78 55.

Uçmağı öyrənmək asandır! Azərbaycanda bir neçə ixtisaslaşmış klub var ki, sizə ekstremal emosiyalar yaşamağa kömək edəcək. Təcrübənizdən və ərazinin relyefindən asılı olaraq, sizə istənilən çətinlik dərəcəsində paraşütlə tullanmalar seçiləcək. Əgər yenisizsə, təlimatçı ilə birlikdə tullana biləcəksiz. Bir qayda olaraq, hoppanışlar Balakən şəhərində keçirilir. Əvvəlcə 3-5 saat ərzində nəzəri və praktiki hazırlıq keçmək lazımdır. Üstəlik, siz paraplanla uça bilərsiz. Bütün hoppanışları və uçuşları GilavarCan Fly Azerbaijan klubları keçirir.

Əlaqə: Gilavar – (+994 55) 633 14 97

Can Fly Azerbaijan – (+994 50) 499 91 91.

ClimBaku-da qayaya dırmanmağı öyrənmək heç vaxt gec deyil. Yeni gələnlər və ən yüksək zirvəyə qalxmaqda təcrübəli həvəskarlar üçün müxtəlif çətinlikdə traslar diqqətli yoxlamadan keçir. Təchizatı geyinməkdə sizə kömək edəcəklər və hər addımınız peşəkarların sərt nəzarəti altında olacaq. Ona görə də uşaqdan-böyüyə bütün arzu edənlər özünü bu işdə sınaya bilər. Qayaya dırmanma komanda ruhunu yüksəldir, ona görə də təkcə dostlarla deyil, həm də iş yoldaşları ilə gəlmək olar. ClimBaku-nun qapıları 16:00-dan 22:00-dək açıqdır.

Ünvan: Nobel prospekti, 61

Əlaqə: (+994 55) 243 21 31.

Hoppanış mövzusunu davam etdirərək, Zabitlər parkına yollanırıq, çünki orda Batut Arena açılıb. Batutda hoppanış yaxşı əhval-ruhiyyənin, artıq çəkini atmağın və dostlarla birlikdə unudulmaz emosiyaların rəhnidir. Arenanın qapıları saat 09:00-dan 23:00-dək açıqdır. Burda kafe də var.

Əlaqə: (+994 12) 594 81 51; (+994 50) 800 14 00.

Doğma Bakınızda turist olmaq istərdinizmi? Bəzən bütün həyatınızı şəhərdə keçirsəniz də, çox şey hələ də gizli qalır. Ürəyə əziz paytaxtımızın unudulmuş küçələrində uzun və məlumatlandırıcı gəzintiləri sevən hər kəs əcnəbiyə çevrilə bilər. Fuad Axundovun tarixi materiallarla dolu 8 kiloqram çəkisində qovluğu var. O, sizi Bakının ən xəlvət yerlərinə aparacaq. Vyaçeslav Sapunov yeri gəlmişkən, jurnalist və bloggerdir, neft şəhərinin ən parlaq məkanlarını göstərəcək və onlardan danışacaq. Cana və qəlbə faydalı istirahət həmişə yaxşı fikirdir. Ekskursiyaları qrup şəklində sifariş vermək və ya qrupa yazılmaq olar. Yeri gəlmişkən, paytaxtda müəllif ekskursiyaları mütəmadi keçirilir.

Əlaqə: Fuad Axundov – (+994 50) 263 86 80

Vyaçeslav Sapunov – (+994 55) 319 66 82.

Siz yəqin ki, Amerika filmlərində müxtəlif tələbə şənliklərini görmüsüz, orada gənclər stəkanlar və pinq-ponq topları ilə müsabiqələr keçirirlər. Belə komanda oyunları Bakıda da baş tutur. Dostlarla vaxtı şən keçirməyin, cəldiyi və reaksiyaları yoxlamaq üçün yarışa girməyin ən əlverişli yoludur. Talpa Oyunlari ilə doyunca istirahət edəcəksiz!

Əlaqə: (+994 70) 215 63 43.

 

Aktiv istirahətin istənilən növləri orqanizmdə xoşbəxtlik hormonunu artırır, eləcə də qana adrenalin verir. Unudulmaz emosiyalar və yeni macəralar həftəsonlarınıza rəng qatacaq.

 

Bəs siz hansı istirahət növlərini sevirsiz? Vaxtınızı aktiv, yoxsa rahat ev şəraitində keçirtməyi xoşlayırsız?

 

Şərh qoy