Qrafologiya elmi barədə eşitmisinizmi?
Bu elm insan və onun imzası arasındakı bağdan bəhs edir. Qrafologiya elmi insan xəttinin onun xasiyyəti ilə əlaqəsi haqqında elmdir. O, yazı xəttinə əsasən, insan ağlını, iradə gücünü, özgüvənini, emosionallığını və digər xüsusiyyətlərini təyin etməyə imkan yaradır. Adamların xəttinin ölçüsü onun ünsiyyətcillik dərəcəsi haqqında xəbər verir.
Məsələn, iri hərflərlə yazanlar müxtəlif insanlarla ümumi dil tapa bilirlər və onların çoxlu dostları olur. Xırda hərflərlə yazanlar isə, adətən, özlərinə qapalı şəxslər olurlar. Çəpəki hərflər eqoist insanlar üçün, yuvarlaq hərflər isə mərhəmətli və həssas insanlar üçün səciyyəvidir.

Xəttimizin ən önəmli parçası isə imzamızdır. Qeyd etdiyimiz kimi, insanların imzalarından onların xüsusiyyətləri haqqında öyrənmək mümkündür.
Friday.az komandası olaraq, bunu araşdırdıq və məlum oldu ki, standart, sadə imzalar cəsur, özgüvənli insanlara xasdır. İlmələrdən ibarət olan imzalara hiyləgər insanlarda rast gəlmək olar. Üstündən xətt çəkilmiş imza enerjililiyin, altında xətt çəkilmiş imza isə təşəbbüskarlığın göstəricisidir. Utancaq və özünə qapalı insan bütün imzasını və yaxud bəzi hərfləri dairəyə alır. Bir uzun xətt kimi çəkilmiş imza emosional insanlara məxsusdur. İmzaları olmayan insanlar ağıllı və hesabkar olurlar. İnsanın imzası onun əhvalından, baş vermiş hadisələrdən və digər amillərdən asılı olaraq dəyişə bilər.
Məsələn, biz güclü emosiyalar keçirdiyimiz zaman, öncəkindən fərqli olaraq, qələmə daha bərk basırıq. Müxtəlif imzalara və xətlərə sahib olan insanlar isə həssas və yaradıcı olurlar. Lakin tarix, məhz standart çərçivədən kənara çıxanları öz dəftərinə yazır, eynilə bu 10 şəxs kimi.
İndi isə, gəlin, tarixə yazılan məşhurların hansı imzadan istifadə etdiyinə baxaq;
1. Avraam Linkoln-Amerika Birləşmiş Ştatlarının 16-ci prezidenti olmuşdur.

  1. Albert Enşteyn-XX əsrin görkəmli fiziki, nisbilik nəzəriyyəsinin banisi, kvant nəzəriyyəsinin və statistik fizikanın yaradıcılarından biridir.

  1. Çarli Çaplin-məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi, komediyaçısı və bəstəkarı olmuşdur.

  1. Leonardo da Vinçi-İtaliyan rəssam, heykəltəraş, memar, alim və mühəndis. Bu dahi sənətkarın-Leonardo da Vinçinin anasının azərbaycanlı olması ehtimalı da var.

  1. Arnold Schwarzenegger-Avstriya mənşəli ABŞ aktyoru, bodibilder və ABŞ-ın Kaliforniya ştatının keçmiş (38-ci) qubernatoru.

  1. Adolf Hitler-Nasional sosializm (“Nasizm”) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında beşinci sıraya daxil edilib.

  1. Walt Disney-Amerikalı cizgiçi, rejissor, rəssam və prodüser. “The Walt Disney Company” və “Walt Disney Pictures”in banisi.

  1. Elvis Presley-Amerikalı müğənni və aktyor. Ölümündən qırx ildən artıq vaxt keçməsinə baxmayaraq, Elvis bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını, (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında “təzələyə” bilirlər. O, bütün dünyada bu gün də “Rok-n-rollun kralı” kimi yad edilir.

  1. Odri Hepbern-“Cənnətdə gülüş” filmində ofisiant qızın rolunu oynayan gülərüzlü, incəbədənli Odri daha sonra bir-birinin ardınca dörd filmdə yalnız epizodik rollara çəkilir. Ötən əsrin 60-cı illərindən bu günə kimi sevilən amerikalı kinoulduz Odri Hepbern XX əsrdə dünyanın 10 ən gözəl aktrisası sırasında yer alıb. Təəccüblü görünsə də, post sovet məkanının kinosevərləri onun yaradıcılığı ilə xronoloji baxımdan gec tanış olublar.

  1. Con Tolkin-İngilis yazıçısı, linqvisti və filoloqu, “Hobbit və ya oraya və geriyə” povestinin, “Üzüklərin hökmdarı” trilogiyasının və “Silmarillion” romanının müəllifi kimi məşhurdur. Tolkin 1925-1945-ci illərdə Oksfordda yerləşən Pembrok Kollecində ingilis və anqlosakson dilləri üzrə, 1945-1959-cu illərdə isə İngilis dili və Ədəbiyyatı üzrə professor dərəcəsində işləmişdir. Digər məşhur ingilis yazıçısı Klayv Lyuislə birlikdə “İnklinqlər” ədəbi cəmiyyətinin üzvü olmuşdur. 28 mart 1972-ci ildə kraliça II Elizabet tərəfindən ona Britaniya İmperiyası ordeninin komandoru dərəcəsi verilmişdir.

Göründüyü kimi, imzalar bir-birindən səliqəli və maraqlıdır. Bəs, sizin imzanız hansı məşhurun imzasına oxşayır? Hətta, məncə, biz gələcəkdə bu yazını oxuyan insanların imzası haqqında da yaza bilərik. Sizcə, siz məşhur və sözünü deyən imzaya maliksinizmi?

İstedadınızı, bütün xoş keyfiyyətlərinizi ortaya qoyaraq, çalışın. Öz arzu və istəklərinizə sizdən uzaq, əlçatan olmayan ulduzmuş kimi baxmayın. Bir gün sizin də tarixə tövhəniz ola bilər, bunu unutmayın!

Könül Cəfərova

 

Şərh qoy