“İrqçilik” başqa sözlə desək “Rasizm” insanların rənginə və irqinə görə cəmiyyətdə bioloji və psixoloji bərabərsizliyi kimi qəbul edilmiş nəzəriyyədir.

“İrqçilik” dedikdə ilk ağıla gələn məkan Amerika Birləşmiş Ştatlarıdır.Çünki ABŞ-ın yaranma tarixi ilə “İrqçiliyin” yaranma tarixi məhz üst-üstə düşür.

Biz də Friday.Az komandası olaraq ABŞ-da “İrqçiliyin” yaratdığı problemləri,Qaradərililərin çəkdiyi əziyyətləri və məşhur qaradərili şəxslərin həyat yolunda “İrqçiliyin” yaratdığı çətinlikləri təsirli şəkillər vasitəsilə sizə təqdim edirik.

ABŞ-da ən çox İrqçilik halları  qara,qırmızı dərililərə , Latın Amerikası,Meksika,Asiya vətəndaşları və yəhudilərə qarşı baş verib.

Həmin insanları xüsusi işlərdən,mənzildən,siyasi hallardan,təhsil fürsətlərindən və ictimai fəaliyyətlərdən məhrum edirlər.

“İrqçilik”dən əziyyət çəkənlər tək adi insanlar deyildi.Bir çox məşhur insanlar da bu problemlə üz-üzə gəliblər.

Məşhur Futbolçu Mario Balotelli  anasız,atasız böyüyüb və hər gün “İrqçiliklə” mübarizə aparmaq məcburiyyətində qalıb.Futboldan qazandığı gəlirin 60%-ni Afrikadakı kasıb uşaqlara xərcləyib.Atdığı heç bir qoldan sonra sevinc hərəkəti etməyib.Roma tərəfdarları tərəfindən meymuna bənzədilib və üstünə banan atıblar.Bu hadisə ona çox pis təsir edib və ağlayıb.Ondan soruşanda ki nə üçün ağlayırsan?

O bu cavabı verib:”Mən insan və ya meymun ola bilərəm amma bir canlıyam”…

“İrqçilik”dən əziyyət çəkən məşhur şəxslərdən biri də Paul Robeson olmuşdur.O ABŞ aktyoru,musiqiçisi,yazarı həmçinin insan haqları müdafiəçisi olub.ABŞ-da qul kökənli bir ailədə doğulub və həyatı boyu irqçiliklə alçaldılıb.Ku Klux Khan-dan daima təhdidlər alıb.1934-cü ildə SSRİ-yə gəlib  küçəyə çıxıb.Rəsmdə  insanlar isə onu görüb küçəyə toplaşan sadə yerli millətdir.

Sovet cəmiyyətinin ona bu münasibətini görən Paul Robeson bu sözləri deyib:

“Mən ilk dəfə burda bir zənci deyiləm.İlk dəfə özümü insan kimi hiss edirəm və kütlə içərisində yeriyirəm”.

 

1920-ci illərdə Amerikada “İrqçilik” ən yüksək səviyyəyə qalxıb və “Tüğyan” edib.Bu dövrdə zənciləri xalqın gözü önündə edam edir və diri-diri yandırırdılar.

 

1940-cı illərdə də “İrqçilik” problemi azalmamışdı, düzü, insanlara ölüm hökmü verilmir və onlar edam olunmurdular. Amma ictimai nəqliyyata minən zənciləri məcbur dartaraq yerə endirir, yolda gedərkən daşlayır və təhqir edirdilər.

Bu şəkildə gördüyümüz gənc isə “İrqçilik siyasətinə” qarşı çıxıb “Ağdərililər” üçün nəzərdə tutulmuş ictimai nəqliyyata minib və digər insanlar ona reaksiyasız qalmayıblar.

1955-ci ildə isə “Qaradərililər”lə “Ağdəriliər” üçün yerlər ayrı-ayrı idi və “Qaradərililər”i arxada oturmağa məcbur edirdilər. Bu dövrdə Rosa Parks adlı qadın avtobusdakı yerini bir ağa verməyi rədd edir. Bu hərəkətinə görə o həbs olunur və Marthin Lüter King liderliyində 1 il davam edən və çox səs gətirən bir böyük boykotu özü ilə gətirir. Amerikalı qaradərililər 381 gün boyunca avtobuslara minməyiblər və işlərinə toplu halda gediblər. Sonunda öz haqlarını əldə edə biliblər…

Dadaşova Asiman

Şərh qoy