Qədərində içmək barədə qızıl qaydanı Yeni ildə hamılıqla unuduruq. Amma çoxları ilk iş günü səhər-səhər yuxudan oyanıb özünü öz boşqabına hiss etməyəcək. FRIDAY.az komandası bunu başa düşür və sizə daxili vəziyyətinizi rahatlaşdırmaq üçün ən təsirli üsulları toplayıb.

Orxan, 23 yaş, tələbə

Su həmişə üstünüzdə olmalıdır. Su nə qədər çox olsa, o qədər yaxşıdır. Mineral su asanlıqla orqanizmin balansını bərpa edəcək.

Samir, 19 yaş, tələbə

Turşu suyu barədə saatlarla zarafat eləmək olar, amma “ölüm-dirim” anlarında məhz o, sizi qaydasına salacaq. Ona görə də axşam şənlik olacağını biləndə lazımi turşuları alıram və könül rahatlığı ilə əylənirəm.

Aysel, 25 yaş, inzibatçı

Mədəmizi və qaraciyərimizi bayramqabağı alkoqolla yükləyirik, ona görə də səhəri gün yüngül nələrsə canımız çəkir. Qatıq və ayran mədəyə sakitləşdirici vasitə kimi çox yaxşı gedir.

Kamran, 34 yaş, müəllim

Hal-hazırda ən məşhur və işlək vasitə xaşdır. Axşamkı əyləncədən sonra isti xaşdan daha yaxşı heç nə ola bilməz.

Diana, 20 yaş, tələbə

Bu möcüzənin tərkibi çoxlarına məlumdur: onu tomat şirəsinə çiy toyuq yumurtasının sarısını əlavə edərək hazırlayırlar (toyuq yumurtası olmasa, iki bildirçin yumurtasının sarısı ilə əvəz etmək olar). Sarı bütöv qalmalıdır. Bu cövhəri isə birdəfəyə içmək lazımdır. Təsirlidir)

Asiman, 26 yaş,vəkil

Mən xalq təbabətinin tərəfdarıyam, xalq isə “poxmel”i balla müalicə edir. Hə, şirin olur, ona görə də onu gün ərzində iki dəfə 2 xörək qaşığı yemək lazımdır.

Sara, 22 yaş, butik inzibatçısı

Səhər bir fincan çay və ya qəhvə şübhəsiz ki, kömək edəcək. Amma mən daha çox yaşıl çayı məsləhət görürəm. Hə, kiməsə dadsız gələcək, amma təsirlidir.

Nərgiz, 30 yaş, bərbər

Mən Fransada isritahət edəndə öyrəndim ki, fransızlar “poxmel”i üzüm salxımı ilə qarşılamağı şiddətlə tövsiyə edirlər. Üzümün tərkibində antioksidantlar var, belə anlarda orqanizmin toksinlərdən təmizlənməsi üçün çox vacibdir.

Kamil, 21 yaş, ofisiant

Bəzən cəfəriyə layiqli qiymət vermirlər. O, alkoqol qoxusundan qurtulmağa kömək edir, eləcə də toksinlərdən azad edir.

Leyla, 30yaş, texnologiya və innovasiyalar üzrə şirkətin direktoru

Mən spa mərkəzlərinə gedirəm, çox rahatlaşdırır və kömək edir. Hindistanda aromaterapiya vasitəsilə “poxmel”dən qurtulmağı tövsiyə edirlər və mən də özümə məhz bu üsulu seçmişəm.

Elə görünə bilər ki, innovasiya şirkətinin nümayəndəsi özünə heç də innovativ olmayan üsul seçib. Amma gözəllik elə bundadır. Mahiyyətcə “poxmel” orqanizmimizin zəhərlənməsidir və 24 saata keçib gedir. Çoxları bizə yatmağı və təmiz havada gəzməyi məsləhət görürdü. Bəs sizin hansı sirli reseptiniz var?

Ziba Həsənova

Şərh qoy