Əgər siz Gürcüstana köçmüş tələbəsinizsə və orta əməkhaqqı alırsınızsa, kədərlənməyə dəyməz. Çıxış yolu həmişə var. Bu gün biz bir gəncin günəşli ölkədə necə yaşaya biləcəyi haqqında danışacağıq. Söhbət evdən, yarı qiymətinə təzə ərzaqların satıldığı mağazalardan gedəcək, bir qədər Gürcüstanın bazarları, sekond-hendləri və əgər lazımınız olarsa, tibbi yardım haqqında danışacağıq.

Beləliklə, harda yaşamalı?

Bir neçə variant var: mənzil, hostel və ya hotel. Prinsipcə, harda yaşamağın fərqi yoxdur, çünki ay sonunda qiymətlər eyni olacaq. Biz mənzil kirayələməyə üstünlük veririk, amma əgər siz ünsiyyəti sevirsinizsə, başqa əcnəbilərlə hosteldə yaşaya bilərsiz. Tbilisidə şəraitli mənzili 300 lari (təxminən 182 manat) civarında kirayə götürmək olar. Soruşa bilərsiz ki, belə qiymətə mənzil necə olacaq? O, əlbəttə ki, avrotəmirli olmayacaq, amma qaz, işıq, isti və soyuq su, internet, soyuducu, paltaryuyan maşın və zəruri mebel kimi yaxşı imkanlara sahib olacaq. Evi booking.com və ya başqa saytlardan tapmaq olar.

Nəylə qidalanmaq olar? Səhhəti riskə atmadan, necə qənaət etmək olar?

Cavab aydındır – bazarlar. Gürcüstanda orqanik məhsullar böyük tələbata malikdir və qiyməti qəpik-quruşdur. Bazarda siz onların dadına baxaraq, keyfiyyətini müəyyən edə bilərsiz. Satıcı aldatmayacaq, çünki eyni meyvə və tərəvəzləri onun ailəsi də yeyir. Hazır yeməkləri hipermarketlərdən tapmaq olar, onlarda saat 20:00-dan sonra ərzaqlar yarı qiymətinədir (hazırlandığı andan 24 saatlıq yararlılıq müddəti olan sendviçlər, salatlar, gürcü bişmələri).

Gürcüstanda sekond-hend

Biz pulumuz ola-ola sekonddan alış-veriş edirik. Niyə? əvvəla, geyimləri təkrar istifadə edərək, ətraf mühitə dəstək vermək olar, çünki onları hazırlayarkən təbii resurslardan istifadə olunur. Bundan başqa, biz insan əməyinə dəyər veririk, amma mövzu bu deyil. “Didube” metro stansiyasında anbarlar var, orda, şalvarı 5 lariyə (təxminən 3 manat), futbolkanı 0,30 lariyə (0,18 manat) almaq olar. Qiymət çəkidən asılıdır. Bütün şəhər boyunca çoxlu sekondlar yerləşir. Onların arasında Day Off! — Re-Use Store da var.

Tibbi yardım

Əgər tələbəsinizsə, o zaman sizə dərman və müayinələrdə endirim edəcəklər, qanın və qalxanabənzər vəzinin ümumi analizi isə pulsuzdur. Təcili yardım da burda pulsuzdur və əgər həkimlər sizi maşınla xəstəxanaya aparmaq üçün dilə tutsalar, etiraz etməyin, çünki onlar əvəzində heç nə istəməyəcəklər. Əgər qeydiyyatınız varsa, poliklinikadan sahə həkimi sizə təhkim ediləcək. Əgər yoxdursa, problem deyil, siz həmişə istənilən poliklinikaya kömək üçün müraciət edə bilərsiz. Onu da qeyd edim ki, Gürcüstanda yaxşı və ucuz stomatoloq xidmətləri var.

Tessa Basilaşvili

Şərh qoy